Modriç: "Beyl "Real"a uyğun futbolçudur"

Modriç: "Beyl "Real"a uyğun futbolçudur"
XƏBƏR 15 İyun 2013 / 00:24 2249
-  A +

"Real" (Madrid) klububunun futbolçusu Luko Modriç keçmiş komanda yoldaşı "Tottenhem"in oyunçusu Qaret Beyl haqqında danışıb.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, o, uelsli yarımmüdafiəçinin Madrid klubuna uyğun futbolçu olduğunu deyib:

"Bir zamanlar onunla birlikdə "Tottenhem"dəydim. Sizə yaxşı yoldaş olduğumuzu söyləyə bilərəm. O, xüsusi bir oyunçudur. "Real" ulduzlardan ibarət olan bir komandadır. Beyl də bu heyətə çox uyğun olar. Komandaya fərqlilik qazandıracaq".

Qeyd edək ki, 27 yaşlı oyunçu 2012-ci ildə "Tottenhem"dən "Real"a transfer olunub.

Son xəbərlər
topaz banner