“Real”dan təklif almamışıq”

“Real”dan təklif almamışıq”
XƏBƏR 14 İyun 2013 / 16:58 2507
-  A +

Dortmund "Borussiya"sı futbolçusu Robert Levandovskinin "Real"dan (Madrid) gələn təklifi rədd etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, klubun idarə heyətinin üzvü Hanz Yoahim Vatske Almaniya mətbuatına Madrid klubundan təklif belə almadıqlarını deyib: "Son zaman bu cür dedi-qodular çox artıb. Ancaq Robert "Bavariya"ya transfer olunmaq istədiyini mütamadi olaraq bizə bildirir".

O bir daha qeyd edib ki, polşalı hücumçunu Münhen təmsilçisinə satmaq niyyətləri yoxdur.

Qeyd edək ki, Levandovskinin "Real"ın 30 milyon avroluq təklifini rədd etdiyi iddia edilirdi.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

topaz banner