Mourinyo "Borussiya"nın hücumçusunu istəyir

Mourinyo "Borussiya"nın hücumçusunu istəyir
XƏBƏR 14 İyun 2013 / 15:08 2303
-  A +

"Napoli"nin futbolçusu Edinson Kavanini transfer etmək istəyən, lakin oyunçunun dəyərinin 53 milyon avro olduğu üçün geri addım atması gözlənilən "Çelsi" klubu uruqvaylı hücumçunun əvəzləyisini tapıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu, Dortmund "Borussiya"sının hücumçusu Robert Levandovskidir.

Klubdan ayrılmaq istəyən polşalı hücumçu "Bavariya"ya getmək istəsə də, "Çelsi"dən gələcək təklifi rədd etməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Borussiya" klubu bir il daha müqaviləsi olan Levandovskini Münhen təmsilçisinə satmayacağını deyib.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner