Mario Qötze "Borussiya" azarkeşini məhkəməyə verəcək

Mario Qötze "Borussiya" azarkeşini məhkəməyə verəcək
XƏBƏR 14 İyun 2013 / 14:16 2220
-  A +

Son mövsüm başa çatmadan "Bavariya"ya transfer olunan Dortmund "Borussiya"sının sabiq futbolçusu Mario Qötze keçmiş komandasının azarkeşini məhkəmə verəcək.

Qol.Az-ın məlumatına görə, "Kopfnussmusik" adlı bir rep qrubu futbolçunun komandadan ayrılaraq Münhen təmsilçisinə getdiyi üçün aqressiv bir mahnı yazıb.

"Express"ə açıqlamasında oyunçunun meneceri Volker Strut bu çirkin mahnın artıq həddi aşdığını deyib: "Mario artıq özünü qorumaq məcburiyyətindədir. Buna görə də məhkəməyə müraciət edəcəyik" - deyə o bildirib.


Son xəbərlər
topaz banner