"Bu, "Barselona"da problemlər yarada bilər"

"Bu, "Barselona"da problemlər yarada bilər"
XƏBƏR 14 İyun 2013 / 11:40 2473
-  A +

"Heç vaxt heç vaxt demərik. Amma bu transfer imkansıza yaxındır. Həm də bu barədə PSJ ilə də hər hansı bir görüşməmiz olmayıb. Çünki Tiaqo Silvanın orada qazandığı illik məbləğ çox yüksəkdir. Düzdür, həmin məbləği qarşılaya bilərik. Ancaq bu komandada problemlər yarada bilər".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Barselona"nın prezidenti Sandro Rosell PSJ-nin futbolçusu Tiaqo Silvanı transfer edəcəkləri ilə bağlı yayılan xəbərləri aydınlıq gətirərkən deyib.

David Vilyanın komandadan ayrılıb-ayrılmayacağı haqqında da danışan klub prezidenti bildirib ki, hücumçuya "get" deməyəcəkləri vaxta qədər o da "Barselona"dan ayrılmayacaq.

Son xəbərlər
topaz banner