"Van Persidən sonra bu komandaya gəlmək çox çətindir"

"Van Persidən sonra bu komandaya gəlmək çox çətindir"
XƏBƏR 13 İyun 2013 / 12:45 2533
-  A +

"Əgər yeni mövsümə ötən ildən daha yaxşı başlasaq, mütləq bir kubok qazana biləcəyimizi düşünürəm. Çünki artıq komanda olaraq birlikdə oynamağı öyrənmişik. Yeni mövsümdə hədəflərimiz çox böyükdür. Özüm isə klub tarixinin önəmli bir parçası olmaq istəyirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Arsenal"ın futbolçusu Oliver Jiru klubun rəsmi saytına açıqlamasında deyib.

Komandadakı ilk mövsümündə 17 qol vuran fransız hücumçu qeyd edib ki, London klubuna Van Persinin yoxluğunu doldurmağa gəlməyib: "Van Persidən sonra bu komandaya gəlmək çox çətindir. O, buraya gəldikdən bir neçə il sonra komandanın önəmli futbolçusu olmağa başlamışdı. Ümid edirəm ki, mən də ikinci mövsümümdə mütəmadi olaraq forma geyən və qollar vuran oyunçu olaram".

 


Son xəbərlər
topaz banner