Levandovski: "Bunun son qərar olduğunu düşünmürəm"

Levandovski: "Bunun son qərar olduğunu düşünmürəm"
XƏBƏR 12 İyun 2013 / 19:03 3096
-  A +

Dormund "Borussiya"sının futbolçusu Robert Levandovski komandasının ona "Bavariya"ya transfer olunmasına razılıq verməməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, polşalı hücumçu İngiltərə mətbuatına açıqlamasında komandasının fikrinin dəyişəcəyinə inandığını deyib:

"Bunun son qərar olduğunu düşünmürəm və vəziyyətin dəyişməsini gözləyirəm. Hazırda istirahətdəyəm və transfer işlərinin bir an öncə bitəcəyinə ümid edirəm. Heç bir şey üçün əsəbiləşmək istəmirəm".

Qeyd edək ki, "Borussiya" hücumçusunu Münhen təmsilçisindən başqa digər klublara da sata biləcəyini deyib.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

topaz banner