Yurgen Klopp "Mançester Siti"nin kapitanını istəyir

Yurgen Klopp "Mançester Siti"nin kapitanını istəyir
XƏBƏR 12 İyun 2013 / 18:07 2580
-  A +

"Mançester Siti" klubunun kapitanı Vinsent Kompani karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, "Borussiya" (Dortmund) klubu belçikalı futbolçunu transfer etmək istəyir.

"Borussiya"nın baş məşqçisi Yurgen Klopp Kompanini yeni mövsümdən komandasında görmək istəyir. Lakin Mançester təmsilçisi Kompanini satmaq niyyətində deyil. Futbolçunun özünün də "Mançester Siti"də qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, "Mançester Siti" ilə 6 illik müqavilə imzalayan təcrübəli futbolçu ilə "Barselona" klubu da yaxından maraqlanır.

 


Son xəbərlər
topaz banner