Fərhad Vəliyev: "Qarabağ"da yeni qapıçıya ehtiyac yoxdur"

Fərhad Vəliyev: "Qarabağ"da yeni qapıçıya ehtiyac yoxdur"
XƏBƏR 12 İyun 2013 / 18:00 2667
-  A +

“Bildiyimə görə, “Qarabağ”a hücumçu və hücumameyilli oyunçular transfer olunacaq. Ancaq yeni qapıçının gələcəyi haqda söhbət olmayıb. Məncə, “Qarabağ”da yeni qapıçıya ehtiyac yoxdur”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib.

Təcrübəli qapıçı öz oyunundan razı qaldığını bildirib: “Allaha şükür ki, iki mövsümdür qapıçılar stabil çıxış edir. “Qarabağ” son mövsümdə ən az qol buraxanlar arasında idi. Ən az məğlub olan komanda da biz olduq. Avroliqada daha çox təcrübəm olduğu üçün ola bilər ki, baş məşçimiz daha çox mənə şans versin. Ancaq hər birimiz komandamız üçün əlimizdən gələni etməyə hazırıq. Baş məşqçinin kimə şans verəcəyini bilmirik. Amma çalırıq ki, kimə şans verilsə bu etmiadı doğrultsun.

Son xəbərlər
topaz banner