Dünyanın biabırçı komandasından İspaniyaya ilginc təklif

Dünyanın biabırçı komandasından İspaniyaya ilginc təklif
XƏBƏR 12 İyun 2013 / 17:05 4562
-  A +

Konfederasiyalar kubokuna hazırlaşan İspaniya milli komandasına turnir öncəsi hər kəsi təəccübləndirəcək bir dəvət gəlib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, dünyanın ən biabırçı komandası adını almış Braziliyanın "Ibis" klubu İspaniya millisinı yoxlama görüşü keçirməyi təklif edib.

Qeyd edək ki, sözügedən klub 1938-ci ildə pambıq ticarəti ilə məşğul olan insanlar tərəfindən yaradılıb. 1980-ci ildə "Ibis" ən pis zamanlarını yaşayıb və  3 il 11 ay ərzində bir matçda belə qəlıbı qazana bilməyib. Bununla da klub, dünyanın ən uğursuz  komandası olaraq Ginnesin rekordlar kitabına düşüb. Sonra isə “İbis”ı “biabırçı komanda” ləqəbi verilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner