Pike: "Barselona"nın daha da güclü olması lazımdır"

Pike: "Barselona"nın daha da güclü olması lazımdır"
XƏBƏR 12 İyun 2013 / 15:54 2145
-  A +

"Barselona"nın futbolçusu Xerard Pike komandasının transfer etmək istədiyi oyunçular haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, müdafiəçi Kataloniya klubunun edəcəyi transferlərlə daha da güclü olacağını deyib:

"Biz qatıldığımız hər kubokda çempion olmaq istəyirik. Bunun üçün də heyətin daha da güclü olması lazımdır. Əgər klub müdafiəyə daha yaxşı futbolçular gətirmək istəyirsə, bunu edəcək. Ötən mövsüm gözlədiyimizdən daha artıq qol buraxdıq. Tiaqo Silva, Kompani, Hummels çox yaxşı futbolçulardır. Ancaq son qərarı baş məşqçi Tito Vilanova verəcək".

Son xəbərlər
topaz banner