Dünya futbolu şokda (VİDEO)

VİDEO 24 Yanvar 2013 / 11:35 4558
-  A +

“Çelsi”nin futbolçusu Eden Hazard “Svensi Siti”yə qarşı İngiltərə liqa kubokunun yarımfinal matçında top daşıyan uşağı təpikləyib. Qol.Az-ın məlumatına görə, hadisə görüşün 79-ci dəqiqəsində baş verib.
 
Hazard topu ona vermək istəməyən Kris Morqan adlı topdaşıyana ayaqla zərbələr endirib. Hazardın futbolçu adına ləkə gətirən bu hərəkətinə hakim sərt reaksiya göstərib və ona qırmızı vərəqə verərək meydandan qovub. Lakin Hazarda İngiltərə Futbol Assosiasiyası tərəfindən daha ağır cəza veriləcəyi istisna edilmir.


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass