“Azərbaycan millisi tipik cənub komandasıdır. Temperamentli, texniki cəhətdən gücü, yaxşı sürəti. Bununla bərabər, futbolçuları kifayət qədər intizamlıdı. Məşqçilərin tapşırıqlarını yerinə yetirirlər. Bunda ilk növbədə artıq 4 ildir ölkədə işləyən Berti Foqtsun rolu böyükdür”.
Bu sözləri Rusiyanın “Sport Ekspress” qəzetinə açıqlamasında Zaqatalanın “Simurq” klubunun sabiq baş məşqçisi Serqey Yuran deyib.
Rusiya millisinin sabiq üzvü həmyerlilərinin suallarını cavablandırarkən, millimizin bütün “sirr”lərini açıb ortaya qoyub. O, əvvəlcə komandamızın oyun sxeminə toxunub: “Azərbaycan yığması evdə və səfərdə tamamilə fərqli iki komandadır. Öz meydanlarında çox aktivdirlər, hücum futbolu oynayırlar. Əgər oyunları alınsa, çox böyük sürprizə imza ata bilərlər. Səfər qarşılamalarında isə 5-4-1 taktiki sxeminə üstünlük verirlər. Bu meydanın mərkəzində sıxlıq yaratmaq imkanı verir. İrəlidə 1 hücumçu saxlamaqla isə onlar rəqibin diqqətsizliyə yol verəcəyinə ümid edirlər”.
“Simurq” sabiq baş məşqçisi daha sonra hər şeyi detallarına kimi açıb: “Kamran Ağayev komandanın ən təcrübəli üzvüdü. Kifayət qədər stabil, yaxşı reaksiyası olan, etibarlı qapıçıdı. Sadəcə, çıxışda səhvlər edir. Cinah müdafiəçisi Maksim Medvedev sürətlidi, hücumlara qoşulmağı bacarır. Ümumiyyətlə, güclü müdafiəçidi. Müdafiənin mərkəzini adətən Rəşad Sadıqov və Vladimir Levin qoruyur. Hər ikisi güclü, hündür, başla yaxşı oynamağı bacarır. Standart vəziyyətlər zamanı tez-tez hücuma qoşulurlar. Ancaq əks-hücumlar zamanı heç də həmişə vaxtında öz mövqelərinə qayıda bilmirlər. Müdafiə xəttinə Ruslan Abışov və Əli Gökdəmir də kömək edir. Yarımmüdafiədə adətən Sükürov, Abışov, Əmirquliyev və Hüseynov çıxış edirlər.
Texnikalı, çalışqan və yaxşı ötürmə vermək bacarığına malik futbolçulardırlar. Topu itirən kimi müdafiənin köməyinə gəlirlər. Şans düşəndə uzaqdan zərbələr vururlar. Əmirquliyev adətən hücumçuların arxasında oynayır. O, rəqibin cərimə meydançasında çox təhlükəli olur, fərdi cəhətdən çox güclüdür, hücumları adətən o qurur. Hücumda adətən Özkara, ya da milliləşdirilmiş Subaşiç çıxış edir. Hər ikisi, çox təhlükəlidirlər, rəqibi aldatmaq bacarıqları var, qol duyumları yaxşı səviyyədədir. Amma heç biri onlara qarşı sərt və sıx oynayanda istədiklərini göstərə bilmirlər. Onlara azadlıq versək, çox təhlükəli olarlar”.
Buna baxmayaraq, Yuran sonra millimiz haqda xoş sözlər deyib: “Azərbaycanla heç bir oyunu, əsas da Bakıdakı qarşılaşmanı asan gəzinti hesab etmək olmaz. Onları hər an partlamağa qadir bombadır”
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində