"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da millimizlə qarşılaşacaq Rusiya Futbol Federasiyasının fəxri prezidenti Vyaçeslav Koloskov ölkəsinin mətbuatına müsahibə verib.
- Azərbaycanla oyundan nə gözləyirsiniz?
- Qələbə. Əlbəttə, böyük hesabla qələbə qazanmaq daha yaxşı olar. Lakin Azərbaycanla oyunda bizi 3 xal gətirəcək minimal hesablı qələbə də qane edəcək.
- Rusiya millisinin növbəti rəqibi haqda nə düşünürsünüz?
- Bu haqda heç nə deyə bilməyəcəyəm. Çünki çoxdandır Azərbaycan millisinin oyunlarını izləmirəm.
- Yığmanızın seçmə mərhələdə keçirdiyi oyunlardan razı qaldınızmı?
- Əlbəttə. Biz 3 oyunda 9 xal topladığımız üçün çox xoşbəxtik. Burada hansısa səhvləri axtarmaq ədalətsizlik olardı. Artıq 3 qələbimiz var. Lakin 4 oyundan sonra 12 xal toplasaq, bu daha yaxşı olacaq. Mühüm oyunlar hələ qarşıdadır. Bundan sonra bizi Şimali İrlandiya, Portuqaliya və Azərbaycana çətin səfərlər gözləyir.
- Qrupda hansı komandanı əsas rəqib kimi görürsünüz?
- Bu sualın cavabı çox sadədir. Təbii ki, əsas rəqibimiz Portuqaliya millisidir. Buna şübhə yoxdur.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər