“Bu gün hansısa birinci divizion klubunun Azərbaycan kubokunda iştirak etməyə maliyyə imkanı çatmırsa, həmin komandanı yarışda iştirak iştiraka məcbur edə bilmərik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev birinci divizionda yarışan bəzi klubların Azərbaycan kubokunda iştirakdan imtina etməsinə münasibət açıqlayarkən deyib.
PFL prezidentinin sözlərinə görə, maliyyə problemləri səbəbindən bir neçə aşağı divizion komandası kubok oyununda iştirakdan imtina edib:
“Elə komandalar da var ki, onlar öz futbolçularının reklamı xatirinə kubok yarışın iştirak etməyə maraq göstərir”.
R.Musayev kubokun sponsor və oyunların canlı yayımlanmaq məsələsiylə bağlı məsələyə də aydınlıq gətirib: “Bu mövsüm kubokun sponsoru olacaq qurumla danışıqlar gedir. Demək olar ki, 70-80 faiz razılıq əldə olunub. Qalır həmin şirkət rəhbərinin “hə” deməsi. Oyunların yayımına gəlincə, hamısı olmasa da, əksəriyəti canlı nümayiş etdiriləcək. Hələlik bütün oyunlar “Azərbayca televiziyası”və “İdman Azərbaycan” kanalıyla tamaşaçılara təqdim olunacaq. Ancaq sponsorla müqavilə imzalanandan sonra onların istəyinə uyğun olaraq digər kanallara da bu səlahiyət verilə bilər”.
R.Musayev onu da deyib ki, Premyer Liqanın qarşıdakı turlarında regionlarda keçiriləcək oyunlar da canlı yayımlanacaq.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər