“Xəzər Lənkəran” klubunun hücumçusu Andre Roberto Suares da Silva – Betonun Qol.Az saytına müsahibəsi
- Səni “Xəzər Lənkəran”a böyük ümidlərlə gətirsələr də, hələ ki, əsl oyununu ortaya qoya bilmirsən. Bunun səbəbi nədir?
- Çoxdandı oynamırdım. Klubsuz olduğum üçün Brazilyada idim. İki aydan çox oyun təcrübəsindən məhrum idim. Belə olan halda, əvvəlki səviyyəmi göstərmək bir az çətindir. Bunun üçün məşqlərdə çox səylə çalışıram ki, əvvəlki formamı bərpa edim. Çempionatda yaranmış fasilədən maksimum istifadə etmək istəyirəm. İnanıram ki, baş məşqçi özümü göstərmək üçün mənə şans verəcək.
- Bir çox legioner futbolçu Azərbaycana adaptasiya olmaqda çətinlik çəkir. Yəqin sən də belə vəziyyətlə üzləşmisən.
- Məndə adaptasiya problemi yoxdur. Çünki Türkiyə superliqasında da çıxış etmişəm. Azərbaycanla Türkiyə arasında o qədər də böyük fərq görmürəm. Özümü göstərə bilməməm qeyd etdiyim kimi, uzun müddət oynamağımla əlaqədardır. Çalışacağam ki, bu problemimin öhdəsindən tezliklə gəlim. Çünki mən oynadığım bütün klublarda ad qoymuşam. Düşünürəm ki, “Xəzər Lənkəran”da belə olacaq. Sadəcə, zamana ehtiyac var.
- “Xəzər Lənkəran”ın son vaxtlar uğursuz çıxışlarını nə ilə əlaqələndirərdin?
- Futbolda üç nəticə olur: məğlubiyyət, heç-heçə və qələbə. Uğursuzluq istənilən komandanın başına gələ bilər. Odur ki, o günləri unudaraq gələcəyə baxmaq lazımdır. Birləşərək bu vəziyyətdən çıxmalıyıq.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər