“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov bu gün milli komandadan kənarlaşdırılması ilə bağlı baş məşqçi Berti Foqtsun verdiyi qərara münasibət açıqlayıb.
Qol.Az saytının müxbiri ilə söhbətində o deyib ki, Berti Foqstla söhbəti olub.
“O, bu qərarına səbəb kimi mənim klubumda əsas heyətdə oynamamağımı gətirdi. Məşqlərdə özümü yaxşı tərəfdə göstərdiyimi özü mənə bildirdi. Ancaq oyun təcrübəsinin az olmasını səbəb göstərərək məni milldən kənarlaşdırdığını söylədi. Mən də bu qərara hörmətlə yanaşıb, komandaya uğurlar arzuladım və düşərgəni tərk etdim”.
E.Məmmədovun sözlərinə görə, Foqtsa öz üzərində işləməyə davam edəcəyini deyib: “Mən öz klubumda əsas heyətə düşürəm. Özümü ilk onbirliyə düşməyə hazır da sayıram. Ancaq “Qəbələ”ylə son tur oyununda baş məşqçi mənə şans vermədi. Bu isə məndən asılı olan deyil. Hər bir məşqçinin öz fikri var. Ola bilsin ki, Foqts taktikasına görə mənə şans vermədi. Yerə gəlmişkən, “Qəbələ” ilə matçı Foqts özü də stadiondan izləyirdi. Yəqin ona görə bu qərara gəlib. Fikrimcə, bu heç də əsas səbəb deyil, mən ona öz iradımı bildirdim. Çünki “Qarabağ”da oynadığım zaman əsas heyətə düşə bilməsəm də, milli komandaya çağırılırdım. Hətta o zaman millidə qol vurduğumu da Foqtsa dedim. O da mənə iradını bildirdi. Mənimlə eyni vaxtda Nizami Hacıyev, Usim Nduka da milli komandadan kənarlaşdırılıb. Axı, bu futbolçular hər oyun klublarının əsas heyyətində çıxış edir”.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər