Foqts: “Jurnalistləri məşqdə görmək istədim, amma görmədim”

Foqts: “Jurnalistləri məşqdə görmək istədim, amma görmədim”
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2012 / 14:45 2216
-  A +

"Bir necə gündür ki, toplanışdayıq. Çox istərdim ki, bugünkü açıq məşqdə jurnalistləri də görüm, amma təəssüf ki, görmədim".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün keçiridiyi mətbuat konfrasında söyləyib.

O qeyd edib ki, DÇ-2014-ün Rusiyaya qarşı oktyabrın 16-da “Lujniki”də baş tutacaq qarşılaşmada süni ortükdə oynayacaqlar: “Ona görə də biz bütün məşq prosesini süni meydançada keçiririk. Hazırlığın gedişatından razıyam. Hiss edirəm ki, futbolçular Rusiya ilə oyunu səbirsizliklə gözləyirlər”.

Daha çox


Son xəbərlər
topaz banner