Bu gün Beynəlxalq Muğam Mərkəzində 2011-2012-ci il mövsümündə Unibank Premyer Liqanın qaliblərinin mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Qol.Az-ın məlumatına görə, tədbirdə AFFA və PFL rəhbərliyi son çempionatın birincisi "Neftçi"yə qızıl, ikinci yerin sahibi "Xəzər Lənkəran"a gümüş, üçüncü yeri tutan "İnter"ə isə bürünc medal təqdim edib.
Bundan başqa, İdman Araşdırmalar Mərkəzi tərəfindən aparılmış sorğuya əsasən ötən mövsümün ən yaxşı qapıçısı, ən yaxşı müdafiəçisi, ən yaxşı yarımmüdafiəçisi, ən yaxşı hücumçusu, ən yaxşı baş məşqçisi, ən yaxşı futbolçusu və mövsümün tapıntısına (gənc futbolçu) mükafat verilib.
Artıq ötən mövsümün ən yaxşı qapıçısının adı bəlli olub. Veteran futbolçu Çingiz İsmayılov ən yaxşı qapıçı mükafatını Azərbaycan millisinin və "Xəzər Lənkəran" klubunun qapıçısı Kamran Ağayeva təqdim edib.
Ən yaxşı müdafiəçi adını ötən mövsüm "Neftçi"nin heyətində Azərbaycan çempionu olmuş Ruslan Abışov qazanıb. "Xəzər Lənkəran"ın futbolçusu "Neftçi"dəki çıxışlarına görə sabiq komandasına təşəkkürünü çatdırıb. Ən yaxşı müdafiəçi mükafatını Ruslana əməkdar məşqçi Ağasəlim Mircavadov futbolçunun ad günündə təqdim edib.
Ən yaxşı yarımmüdafiəçi mükafatını "Xəzər Lənkəran"ın rumıniyalı futbolçusu Adrian Pit alıb. Futbolçuya mükafataı olimpiya mükafatçısı Teymur Məmmədov təqdim edib.
Ən yaxşı hücumçusu isə Azərbaycan millisinin və "Qarabağ" klubunun forvardı Rauf Əliyev olub. Raufun mükafatını isə olimpiya çempionu Namiq Abdullayev verib.
Ən yaxşı assisent mükatını "Neftçi"nin sabiq futbolçusu Rəşad Abdullayev qazanıb. Futbolçunun mükafatını isə Güləş millimizin məşqçisi Firdovsi Umudov təqdim edib.
Ən yaxşı qolun müəllifi "Kəpəz"in sabiq futbolçusu Ceyhun Sultanov olub. Ceyhunun mükafatını olimpiya çempionumuz Fərid Mansurov verib.
Ötən mövsümün bombardiri adını "Neftçi"nin özbəkistanlı hücumçusu Bahadır Nəsimov qazanıb. Nəsimovun mükafatı veteran futbolçu Nazim Əliyev tərəfindən təqdim olunub.
Mövsümün tapıntısı kimi "Bakı"nın gənc oyunçusu Nurlan Novruzov mükafatlandırılıb. Novruzova mükafatı Azərbaycan Güləş Federasiyasının katibi Əjdər Cəfərov təqdim edib.
Ötən mövsümün ən yaxşı baş məşqçisi isə "Neftçi"nin çalışdırıcısı Böyükağa Hacıyev olub. B.Hacıyevə ən yaxşı baş məşqçi mükafatı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov tərəfindən təqdim olunub.
Ötən mövsümün ən yaxşı sadiq azarkeşi adını Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə qazanıb. Yusifzadənin mükafatını PFL prezidenti Ramin Musayev təqdim edib.
Ötən mövsümün ən yaxşı hakimlərinə Elçin Məmmədov, Əliyar Ağayev və Fariz Yusifov layiq görülüblər. Hakimlərin mükafatlarını AFFA prezidenti Rövnəq Abdullayev təqdim edib.
Ən yaxşı futbolçu nominasiyasında daha çox səs toplamış “3-lüy”ü indidən bəlli idi. Bunlar Ruslan Abışov, Flavinyo və Bahadır Nəsimov idi. Səsvermədə Flavinyo ardıcıl ikinci dəfə mövsümün ən yaxşı futbolçusu adını qazanıb.
Ötən mövsümün ən yaxşıları:
1. Ən yaxşı qapıçı: Kamran Ağayev ("Xəzər Lənkəran")
2. Ən yaxşı müdafiəçi: Ruslan Abışov ("Neftçi" / "Xəzər Lənkəran")
3. Ən yaxşı yarımmüdafiəçi: Adrian Pit ("Xəzər Lənkəran")
4. Ən yaxşı hücumçu: Rauf Əliyev ("Qarabağ")
5. Ən yaxşı assisent: Rəşad Abdullayev ("Neftçi" / "Qəbələ")
6. Ən yaxşı qol: Ceyhun Sultanov ("Kəpəz" / "Sumqayıt")
7. Ötən mövsümün bombardiri: Bahadır Nəsimov ("Neftçi)
8. Ötən mövsümün tapıntısı (gənc futbolçusu): Nurlan Novruzov ("Bakı")
9. Ən yaxşı baş məşqçi: Böyükağa Hacıyev ("Neftçi")
10. Ötən mövsümün ən sadiq azarkeşi: Xoşbəxt Yusifzadə
11. Ən yaxşı hakimlər: Elçin Məmmədov, Əliyar Ağayev və Fariz Yusifov
12. Ən yaxşı futbolçu: Flavinyo ("Neftçi")
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində