İngiltərənin “Mançester Yunayted” klubu Azərbaycanda futbol akademiyası açır.
Qol.Az-ın məlumatına görə, bu məqsədlə oktyabrın 15-də əfsanəvi klubun nümayəndələri iştirakı ilə Bakıda tədbir keçiriləcək. Həmin tədbirdə akademiyanın faəliyyəti ilə bağlı geniş məlumat veriləcək.
Tədbirin təşkilatçılarından Qol.Az saytına göndərilən press-relizdə deyilir:
“Məlum olduğu kimi, son illər bir o qədər də yaxşı nəticələr göstərməyən Azərbaycan futbolunun inkişafında keyfiyyətli sıçrayış müşahidə olunur. Bu inkişaf futbolumuza qoyulan sərmayələrlə, keçmiş illərlə müqayisədə klublarımızın rəhbərliyinin daha savadlı işi, xarici mütəxəssislərin cəlb olunması, eləcə də uşaq-gənclər futboluna göstərilən diqqət və digər amillərlə bağlıdır. “Neftçi” klubunun Avropa arenasında uğurlarını və Azərbaycan milli futbol komandasının ümid doğuran oyun və göstərdiyi nəticələri məhz bu amillərin vəhdəti ilə izah etmək olar.
Şübhəsiz ki, bu uğurlar ölkə xaricində də müəyyən maraq doğurur. Xarici klublar, o cümlədən Avropa qrandları gənc futbolçularımıza daha çox maraq göstərir, öz ehtiyat və gənclərdən ibarət olan komandalarına dəvət edirlər.
Paytaxt küçələrində dünya futbolunun nəhəngi olan “Mançester Yunayted” klubu ilə bağlı çöl reklam vasitələrinin peyda olunması ilə əlaqədar bir çoxlarında sual yaranır ki, həmin reklam hansı hadisəyə həsr oluna bilər. Reklamın məzmununu xatırladaq: 15, 10 və 12 nömrələri vasitəsilə (hal-hazırda bu nömrələrin sahibləri müvafiq olaraq Vidiç, Runi və Smollinqdir) konkret tarixə və həmin tarixdə baş verəcək hadisəyə eyham edilir. Mətndə deyilir: “15.10.12 tarixinə hazırsan?” Bu reklam aksiyasına məxsusən həsr olunmuş vebsaytda xəbər verilir ki, bu tarixdən etibarən çox şey dəyişəcək. Həmin saytda həmçinin Azərbaycanı salamlayan və ölkəmizə yaxınlıqda gələcəkləri barədə söyləyən “MU” oyunçularının iştirakı ilə video çarxlarda izləmək mümkündür.
Zənnimizcə, hər şey aydındır: əfsanəvi klubun nümayəndələri Bakıya konkret missiya ilə, yəni “Mançester Yunayted” futbol akademiyasının açılışı məqsədilə təşrif buyuracaqlar. Ölkəmizdə İngiltərə klubunun populyarlığını nəzərə alsaq, təxmin etmək olar ki, bu hadisə böyük ajiotaj doğuracaq, gələcəkdə isə akademiyaya daxil olmaq istəyənlərin sayı həddindən artıq çox olacaq. Hər halda, “Mançester Yunayted” futbol akademiyasının açılışı kimi əlamətdar hadisə və onunla bağlı tədbirlər dünya idman cəmiyyətinin Azərbaycan futboluna maraq göstərdiyini bir daha təsdiq edir və futbolumuzun inkişaf etdirilməsinə ümid verir”.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində