Həftəiçi Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində evdə İtaliyanın “İnter” klubuna 1:3 hesabıyla uduzan Bakının “Neftçi” klubunun hücumçusu Nikolas Kanales Çili mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, 27 yaşlı hücumçu İtaliya nəhəngi ilə qarşılaşmanın ona bir yuxu kimi gəldiyini deyib: “Mən indiyə qədər “İnter”i yalnız televizorda görmüşdüm. İlk dəfə bu cür rəqiblə qarşılaşırdım. Mənə elə gəlirdi ki, “Playstation” oyununun içindəyəm və “İnter”ə qarşı məhz kompyuterdən oynayıram. Bir sözlə, özümü çox xoşbəxt hesab edirdim. Oyuna gəlincə, xal almaq üçün çox çalışdıq. Amma rəqib çox güclü idi. Şadam ki, komandamın yeganə qoluna mən imza atdım”.
Kanales daha sonra Azərbaycan və Çili çempionatları arasındakı fərqdən, eləcə də “Neftçi”nin hazırkı durumundan bəhs edib: “Çilidə çempionatda rəqabət daha böyükdür, nəinki Azərbaycanda. Ancaq deyim ki, mənim şərəfini qoruduğum “Neftçi” Azərbaycanda ən böyük klubdur və Avropa Liqasında oynayan tək təmsilçiləridir. Bundan başqa, komanda yoldaşlarımın demək olar hamısı öz yığmalarında oynayır”.
“Neftçi”nin hücumçusu sonda gələcək planları haqda da danışıb: “İlk növbədə məqsədim oyun səviyyəmi daha da artırıb Avropanın güclü klublarından birinə keçməkdir. O ki qaldı Çili yığmasına düşmək şansıma, uzaqgörən deyiləm ki, indidən nəsə deyim. Dəvət olsa, böyük mənmuniyyətlə gedərəm”.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı