“Qarabağ” hazırda icarə qaydasında “Kəpəz”də oynayan iki futbolçusu Bəxtiyar Soltanov və Emin İmaməliyevin onlara qarşı dünən keçirilən Premyer Liqanın səkkizinci turunda oynamasına icazə verməməsinə münasibət açıqlayıb.
Klubun direktoru Əmrah Çəlikəl Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, bununla bağlı qərar “Qarabağ”ın rəhbərliyinə məxsusdur.
“Bu, hər iki klub arasında imzalanan müqavilədə də əksini tapıb. Biz Bəxtiyarla Emini “Kəpəz”ə təmannasız olaraq icarəyə vermişik. Çünki hər iki futbolçu müqavilə ilə “Qarabağ”a məxsusdur” – deyə Əmrah Çəlikəl bildirib.
O qeyd edib ki, belə hallara dünya təcrübəsində də rast gəlinir. Klub rəsmisinin sözlərinə görə, “Kəpəz” rəhbərliyi də “Qarabağ”ın son addımına hörmətlə yanaşıb.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi