“Neftçi” rəqibin adlı-sanlı olmasından çəkinməməlidir. Özlərinə inamları böyük olmalıdır. Futbolçulardan, xüsusilə baş məşqçinin qərarından çox şey aslıı olacaq. Bu qarşılaşma bir çox Avropa ölkəsində yayımlanacaq. Bu isə “Neftçi” futbolçularının özlərini xarici kliublara göstərməsi baxımından əla şansdır. Təmsilçimiz bu qarşılaşmada üç xal götürə bilsə, qrupdan çıxmaq üçün şansları artacaq”.
Bu sözləri Qol.Az saytına açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək “Neftçi” – “İnter” oyunu haqda danışarkən deyib.
Mircavadov qeyd edib ki, o, “Neftçi”nin baş məşqçinin və futbolçuların mətbuata açıqlamasında özlərinə güvəndiklərini hiss edib. “Əgər biz nəticəyə oynayaırıqsa, öz oyun tərzimizi itirməməliyik. Unutmayaq ki, Belarus təmsilçisi BATE Çempionlar Liqasında əzəmətli “Bavariya”nı məğlub edib. Niyə “Neftçi” də doğma meydanda “İnter”ə qalib gəlməsin? Mən “Neftçi”nin üç xal alacağına inanıram”.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi