Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
Ağdamın "Qarabağ" klubu bu turda Gəncəyə səfər edib. Qurban Qurbanovun komandası burada yerli "Kəpəz" klubunun qonağı olub. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Bakı" klubu öz meydanında "Qəbələ" ilə qarşılaşıb. Ramiz Məmmədovun komandası bu görüşdə qələbə qazanacağı təqdirdə ən azı ilk "altılıqda"kı mövqeyini qoruyacaqdı. Lakin "Qəbələ" ilk hissədə hesabı açsa da, fasilədən sonra üstünlüyünü əldən verib - 1:1.
Premyer Liqanın hazırki lideri "Simurq" klubu doğma meydanda son turlar inamlı təsir bağışlayan "Sumqayıt"ı sınağa çəkib. Son iki turda güclü rəqiblərini məğlub edən Sumqayıt təmsilçisi uğurlu seriyanı davam etdirmək niyyətində idi. Lakin Zaqatala təmsilçisi bu görüşdə də qələbə qazanaraq liderliyini bir qədər möhkəmlədib - 1:0.
Günün son qarşılaşması Bakıda baş tutub. Burada iki paytaxt təmsilçisi - "Rəvan" və "İnter" klubları üz-üzə gəlib. Kaxaber Sxadadzenin komandası bu görüşdə qalib gəlməklə çempionluq iddiasını ortaya qoymağa çalışacaqdı ki, belə olub - 2:0.
Qeyd edək ki, turun "Neftçi" - "Turan" oktyabrın 8-də keçiriləcək.
4 oktyabr (cümə axşamı)
Premyer Liqa, VIII turun oyunları
19:00. “Rəvan” – “İnter” - 0:2
Qollar: Nizami Hacıyev, 26 (0:1), Baçana Sxadadze, 61 (0:2)
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Gülağa Cabbarov
Bakı. "Bayıl Arena" stadionu.
“Rəvan”: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. EkremHodziç, 11. Şeriff Suma, 14. Juan Manuel Varela, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 26. Fransis Bosman, 27. Nuran Qurbanov
“İnter”: 74. Revaz Tevdoradze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 15. Volodimir Levin (k), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze
18:00. “Simurq” – “Sumqayıt” - 1:0
Qol: Mario Bojiç, 64 (1:0)
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, İsgəndər Əliyev, Tahir Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala şəhər stadionu.
“Simurq”: 22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 8. Qərib İbrahimov, 9. Marçin Burxardt, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç
“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 5. Murad Doymuş, 6. Taner Taktak, 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov (k), 13. Murad Ağayev, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk
16:00. “Kəpəz” – “Qarabağ” - 0:0
Hakimlər: Elçin, Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu.
"Kəpəz": 16. Xəyal Zeynalov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 10. Armand Feutçine, 2. Nicat Məmmədov, 14. Elxan Əzizov, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 30. Yuri Fomenko, 88. Bujamin Asani
“Qarabağ”: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli
16:00. “Bakı” – “Qəbələ” - 1:1
Qollar: Viktor Mendi, 13 (0:1), Aleksandr Şoliç, 59 (1:1)
Qırmızı vərəqə: Rövşən Əmiraslanov, 43 ("Qəbələ")
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məlik Həsənov
“Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionu.
“Bakı”: 16. Aqil Məmmədov, 3. Denis İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov, 22. Evangelios Mantzios, 24. Nenad Kovaçeviç, 77. Aleksandar Soliç
“Qəbələ”: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 84. Kelhar Dejan, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov
3 oktyabr (çərşənbə)
AZAL – “Xəzər Lənkəran” - 0:2
Qollar: Manuel Skarlatake, 40 (0:1), 45 (0:2)
Bakı. Saat 18:30. "AZAL Arena" stadionu. 1500 tamaşaçı.
Baş hakim: Ağayev Əliyar
Baş hakimin köməkçiləri: Musayev Elman, Məmmədov Rza
Dördüncü hakim: Yusifov Fariz
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Taqim Novruzov, 36 (qeyri-idman hərəkəti); Usim Nduka, 39 (qeyri-idman hərəkəti) // Roberto Alviz, 8 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 43 (qeyri-idman hərəkəti); Adrian Skarlatake, 51 (qeyri-idman hərəkəti); Dimitrios Sialmas, 65 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Juan Fransisko, 3. Usim Nduka, 4. Jose Junior Ailton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 8. Elman Taqayev, 11. Zohair Benouahi, 16. Junior Nildo, 17. Viktor İqbekoyi, 20. Branislav Arseniyeviç
“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 7. Sadio Tounkara, 6. Robert Alviz, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 3. Vanderson Skarduelli, 21. Radomir Todorov, 27. Manuel Skarlatake
Turnir cədvəli
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
Kapitan 100-ü yarıladı
FİFA qadağanı ləğv etdi
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya