Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün sabah İsrailə qarşı keçiriləcək seçmə qrup oyunundan öncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran alman mütəxəssis bir sıra önəmli məsələlərə toxunub
-Öncə başlayaq oyunla bağlı fikirlərinizdən...
- Hazırlıqdan razı qaldım. Hazırda məşq üçün yaxşı şəraitimiz var, yeni stadionlar tikilib və yavaş-yavaş Avropa səviyyəsinə çatırıq. Hiss edirəm ki, futbolçularımız da daha həvəslidir. Ümid edirəm ki, bunun nəticəsini sabah görəcəyik. Müdafiədədə problemlər var. Mahir Şükürovun qızdırması var, Ufuq Budaq isə zədə səbəbindən oynaya bilməyəcək. Bu mənada cinah məsələsi məni narahat edir. Bununla belə, müdafiədə səhvə yol verməsək, oyunu uduzmayacağıq. Təbii ki, gözləməliyik ki, rəqib sabah oyuna necə başlayacaq. Mən özüm İsrailin oyununu bir dəfə izləmişəm, köməkçilərim isə iki dəfə. Zəif komabda deyil, bir neçə oyunçusu Avropada oynayır.
- Ard-arda iki çətin oyun olacaq. Qüvvələri necə böləcəksiniz ki, hər iki oyuna gücümüz çatsın?
- Bu, çox böyük problemdi. Ancaq təqvim artıq tərtib olunub. Biz UEFA-ya deyə bilmərik ki, təqvimi dəyişdin. Portuqaliya dünayada dörd ən güclü komandadan biridir. Üstəlik uzaq yol olacaq. Təbii ki, bunlar hamısı problemdir. Ancaq hazırda bütün fikrimiz İsraillə matça yönəlib. Portuqaliya ilə oyun haqda daha sonra düşünəcəyik. Bir şeyi də qeyd edim ki, Avropada heç vaxt avrokubok oyununa görə daxili çempionatı təxirə salmırlar. Məsələn, Almaniya Bundesliqasını misal göstərı bilərəm. Amma Azərbaycanda belə deyil.
- Əksər oyunlarda bizim futbolçular müdafiədən hücuma çıxmaqda çətinlik çəkirik və eyni zamanda hücumçular topla lazımınca təmin olunmur. Bununla bağlı hansl tədbir görmüsünüz?
- Müdafiədən hücuma keçidin zəif olması bütün komandanın yox, fərdi futbolçuların problemidir. Təbii ki, 10 günlük məşq prosesində bunu aradan qaldırmaq mümkün deyil. Yaponiya ilə keçirdiyimiz oyunu yəqin ki xatırlayırsınız. Siz də mənimlə razı olarsınız ki, həmin oyunda 4-5 imkanımız oldu ki, müdafiədən hücuma tez çıxa bildik. Lakin təəssüf ki, onda da həmin şanslardan istifadə edə bilmədik.
- Son vaxtlar ən çox müzakirə olunan məsələlərdən biri də Cavid İmamverdiyevin əsas milliyə çağırılmamasıdır. Maraqlıdır, siz niyə bu futbolunun xidmətindən istifadə etmirsiniz?
- Mən "Hapoel"lə oyuna baxdım və o oyuna əvəzləmədən çıxdı. Hazırda Cavid U-21-in düşərgəsindədir, ora da kömək etmək lazımdır. Bundan başqa, "Neftçi"ni də nəzərə almaq lazımdır. Çünki onların Avropa Liqasında da oyunları var.
- Artıq Premyer Liqanın dörd turu geridə qalıb. Özünüz üçün kəşf etdiyiniz yeni simalar var?
- Hələ ki yox, Məncə Azərbaycan çempionatının səviyyəsi elə də yüksək deyil ki, biz dörd tura görə hansısa yeni ad tapıb ortaya çıxardaq. Odur ki, bu ilin sonuna kimi, millinin düşərgəsində yeni adların olacağı inandırıcı deyil. Ancaq ilin əvvəlində Bədavi Hüseynov, Rizvan Umarov, Cavid İmamverdiyev kimi futbolçuları məhz çempionatdakı oyunlarına görə üzə çıxardıb Dubay toplanışın aparmışdıq. Ümid edirəm ki, yenə bu cür seçimlərimiz olacaq.
- "Neftçi"nin Avropa Liqasındakı oyunlarına görə çempionatın təqvimi demək olar tamam dəyişdi. Özünüz də dediniz ki, Avropada belə şey yoxdur. Bu amil millinin oyunlarına nə dərəcədə təsir edəcək və bu məsələ ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə söhbətiniz olub?
- Təbii ki, bu amil millinin oyunlarına çox mənfi təsir edəcək, hazırlıq planı pozulacaq. Bu haqda hələ iki il əvvəl də PFL rəhbərliyi ilə söhbət etmişəm. Amma təəssüf ki, hələ ki, heç nə dəyişməyib. Mən artıq belə başa düşürəm ki, çempionatın təqvimini tərtib edən insanlar Avropada təqvimin necə tərtib olunmasından xəbərsizdilər.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi