Bu gün XXX London Yay olimpiadasında iki boksçumuz rinqə çıxıb.
Qol.Az-ın məlumatına görə, 91 kq çəki dərəcəsində Teymur Məmmədov və 75 kq-da Yelena Vıstropova mübarizəyə qoşulub.
İlk olaraq, qadın təmsilçimiz Yelena Vıstropova olimpiadada birinci döyüşünə çıxıb. Olimpiadada debüt edən Yelena 1/8 finalda nigeriyalı Edit Oqoke ilə qarşılaşıb və ümumi nəticədə 12:14 (2:4, 2:4, 6:3, 2:3) hesabıyla uduzaraq mübarizəni dayandırıb.
Olimpiadada ikinci döyüşünə çıxacaq Teymur Məmmədov isə ölkəmizə daha bir medal qazandıra bilər. İlk döyüşündə Tapu Opetaya Canı (Avstraliya) məğlub edən idmançımız bu dəfə yarımfinal uğrunda mübarizə aparacaq.
1/4 finalda belaruslu Sergey Korneyevlə qarşılaşan T.Məmmədov qalib gəlməklə ən azı bürünc medalı özü üçün təmin edib. Teymur Bakı vaxtı ilə saat 02:00-da rinqə çıxıb.
İlk raund Teymurun böyük üstünlüyü ilə keçib - 9:4. İkinci raund isə təmsilçimiz zəif təsir bağışlayıb. Bununla belə, Məmmədov üstünlüyünü qoruya bilib - 15:13. Üçüncü raund isə rəqibin üstünlüyü ilə keçib. Ümumi hesab 19:19 olsa da, hakimlər sonda Teymuru döyüşün qalibi elan ediblər. Bununla da, T.Məmmədov yarımfinala adlayıb.
Qeyd edək ki, 1/4 finaldakı digər təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91) növbəti görüşünə sabah çıxacaq.
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi
UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası - Rəsmi
"Yuventus" Alleqrini istefaya göndərdi
"Qarabağ" - "Turan Tovuz": Heyətlər
Tuhel qərarını dəyişmədi
"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
1-ci liqada son turun oyunları eyni gündə, eyni saatda
"Yuventus"dan Mottaya 3 illik müqavilə təklifi
İki futbolçu "Liverpul"dan ayrılır - Rəsmi
FİFA VAR-la bağlı yeni qaydalar tətbiq edir
“Qarabağ” - "Turan Tovuz" oyununda qadın hakimlər
"Onlara daim deyirəm ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun"
1-ci liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
Robin van Persi baş məşqçi təyin edildi
Fatih Terim istefa verdi
Yasin Benzia "Qarabağ"dan ayrılırmı?
"İmişli"nin legioneri 5 oyunluq cəzalandırıldı
AFFA rəhbərliyi FİFA-nın Konqresində
“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri
PFL 35-ci turun hakimlərini açıqladı
Azərbaycan futzal millisinin səbəti müəyyənləşdi
"Qarabağ"la yeni müqaviləni müzakirə edirik" - Andrey Lunyov
Azərbaycanın 2 boksçusu finala vəsiqə qazandı
Fransa millisinin Avro-2024 üçün heyəti açıqlandı
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü
"Barselona" səfərdə qalib gəldi