İdmançılarımız London olimpiadasının açılış paradından keçdi

İdmançılarımız London olimpiadasının açılış paradından keçdi
LONDON-2012 28 İyul 2012 / 03:03 2965
-  A +

Azərbaycan millisi 14-cü London yay Olimpidasının açılış paradından keçib. Millimizin bayraqdarı Olimpiya çempionu Elnur Məmmədli olub.

Xatırladaq ki, Azərbaycan millisi London Olimpiadasında 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunur. Onlardan 41-i ilk dəfədir Olimpiya oyunlarında iştirak edir.

2012-ci Olimpiya oyunlarının açılışı “Möcüzələr adası” adlanır. Açılış mərasiminin büdcəsi 27 milyon funta yaxındır. Şouya rejissor Denni Boyl quruluş verib.

anspress.com

Daha çox


Son xəbərlər