London Olimpiadasının təşkilatçıları bir sıra yanlışlıqlara yol veriblər.
Anlaşılmazlıq Azərbaycandan da yan keçməyib. Rusiya tərəfində çıxış edən boksçu David Ayrapetyanın “anadan olduğu yer” qrafasında “Baku (RUS)” sözü yazılıb (http://www.london2012. com/athlete/ayrapetyan -david-1020882/).
ANN.az saytının xəbərinə görə, Gürcüstanın Milli Olimpiya Komitəsi (MOK) də 2012-ci ilin London Olimpiadasının təşkilatçılarına müraciət edərək oyunların rəsmi saytında Rusiyanın iki idmançısı barədə məlumatın dəyişdirilməsini tələb edib.
“Gürcüstan olimpiadanın təşkilatçılarından inciməyə bəhanə tapıb” sərlövhəli xəbərdə (http://lenta.ru/news/2012/07/25/complaint/) söhbət Rusiya Federasiyasının yığma komandasının üzvləri güləşçilər Besik Kuduxovun və Denis Tsarquşun elektron dosyelərindən gedir. Kuduxovun doğulduğu yer Cənubi Osetiya, Tsarquşunku isə Abxaziyanın Qudauta şəhəri göstərilib və hər iki halda mötərizədə “RUS” sözü yazılıb.
Daha sonra Lenta.ru xəbər verir ki, Tiflisdə bununla əlaqədar etiraz bildirilib və tələb olunub ki, olimpiadanın saytında həmin idmançıların anadan olduqları yer Gürcüstan göstərilsin. Eyni zamanda qeyd etmək lazımdır ki, 2012-ci il olimpiadasının rəsmi saytında
www.london2012.com Qazaxıstanda doğulmuş Rusiya idmançısı Nadejda Torlopovanın dosyesində onun anadan olduğu tarix və yer göstərildikdən sonra, Rusiya idmançısı kimi çıxış edən, Ermənistanın Bambakaşat kəndində doğulmuş boksçu Mixail Aloyanın dosyesində olduğu kimi “RUS” sözü yazılıb. Ermənistan və Qazaxıstan tərəfindən hələ ki, yay oyunlarının təşkilatçılarına etiraz daxil olmayıb.
Modern.az saytının xəbərinə görə, Gürcüstan dövləti Cənubi Osetiyadan iki idmançının London Yay Olimpiya Oyunlarında Rusiyanın bayrağı altında çıxış etməsinə öz etirazını bildirib.
Bəs, uyğun hadisə ilə Azərbaycan dövləti qarşılaşıbmı? Yəni Cənubi Osetiya, yaxud Abxaziya kimi separatçı Dağlıq Qarabağdan olan idmançılar Ermənistanın bayrağı altında çıxış edirlərmi?
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov Modern.az-a açıqlamasında bildirib ki, nazirlikdə belə bir məlumat yoxdur.
“Erməni mənşəli idmançılardan kiminsə Dağlıq Qarabağda qeydiyyatda olduğu məlum deyil. Buna görə bilmək olmur ki, Ermənistanın bayrağı altında çıxış edən idmançılar Dağlıq Qarabağın sakinləridir, yaxud Ermənistan Respublikasının vətəndaşı. Bununla bağlı hər hansı yoxlama-monitorinq aparılmayıb”, – deyə şöbə müdiri vurğulayıb.
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video
Klub baş məşqçiyə görə təzminat tələb edə bilər
"Real"ın yeni kapitanı bəlli oldu
Haaland "Barselona"ya keçir?
"Beşiktaş"dan 10 milyonluq təklif
Premyer Liqadan düşsə, futbolçularını göndərəcək
DÇ-2026: Portuqaliya heyətində kimlər var?
"Bu, iki ən çətin çempionluqdan biri idi" - Rövşən Hüseynli
Futbolçulara gedəcəyini açıqlayıb
Avstriya millisinin DÇ-2026 üçün yekun heyəti
Milliyə çağırılmadı, "Çelsi"də mövsümün ən yaxşısı seçildi
"Atletiko" bu formalarla oynayacaq - Şəkillər
FİFA referiləri 1-ci liqa oyununda
Nənəsi Sakanın oyununa baxmaq üçün “Emireyts”də - Video
"Mançester Yunayted" 40 yaşlı qapıçını saxladı
“Şəfa”nın ilk mövsümdə məqsədi Premyer Liqada qalmaq olacaq”
"Liverpul"un yeni formaları - Şəkillər
"İnter"ə qayıdır
“Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
Arteta ÇL finalı üçün azarkeşlərə müraciət etdi
Fransa çempionatında mövsümün rəmzi komandası məlum oldu
Konte "Napoli" ilə müqaviləsini ləğv etməyə yaxındır
İnzaqi "Əl-Hilal"dan gedir
Qvardiolanı kim əvəz edəcək?
“Şamaxı”nın bombardirinə təkliflər var
Braziliya millisinin DÇ-2026 üçün - Yekun heyəti
“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı
“Quba” - “Dinamo” matçında 4 qol, 1 qırmızı vərəqə - Video
“Şamaxı”nın legioneri əməliyyat olunub
"Çelsi"yə qarşı matçı buraxacaq
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
Azarkeşlərə görə matçı boykot edə bilərlər