Palmali Şirkətlər Qrupunun prezidenti, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimova son günlər ona ünvanlanmış müraciətlər və KİV-də çıxan bəzi yazılara cavab verib. “Xəzər-Lənkəran”ın rəsmi internet saytında yer ala bəyanatda deyilir: “Xəzər Lənkəran” klubunun yaranmasının mənim ölkəmə, xalqıma və doğulduğum bölgəyə olan sonsuz sevgimdən qaynaqlandığını zənnimcə, bir daha dilə gətirməyə ehtiyac yoxdur. Məhz bu sevginin nəticəsidir ki, hal-hazırda “Xəzər Lənkəran” ölkənin ən güclü klublarından biridir və qısa tarixinə baxmayaraq azarkeşlərinə Azərbaycan çempionu, “Birlik” və Azərbaycan kuboklarını qazanma sevincini yaşatmışdır. Bizim klubumuz özünün müasir stadionu, yeni təlim-məşq bazası və ən əsası möhtəşəm fanatları və tərəfdarları ilə nəinki ölkəmizin, hətta post-sovet məkanının belə ən seçilən klublarından biridir.
Lakin son günlər bəzi qruplar klubun rəhbərliyi ilə məşqçilərini istefaya göndərmək kimi tələblər irəli sürür, onların başqaları ilə əvəz olunmalarını tələb edirlər. Əvvəla, xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu və buna bənzər tələblərlə çıxış edən tərəfdarları mən klubun həqiqi tərəfdarları olaraq görmürəm, onları çoxminli fanatlarımızla rəhbərlik arasına nifaq salan öyrədilmiş insanlar olaraq görürəm. Digər tərəfdən, əgər bu kluba mən və Mənsimovlar ailəsindən daha çox iş görə biləcəklər varsa, biz öz yerimizi tərəddüt etmədən onlara buraxarıq. Çünki, “Xəzər Lənkəran”a daha çox xidmət edəcək, daha böyük uğrlar yaşadacaq birinin rəhbərlik etməsi mənim üçün böyük bir fəxr və qürur mənbəyi olar. Mənsimovların “Xəzər Lənkəran”dan ayrılması qərarını da mən əziz tərəfdarlarımıza buraxıram.
Başqa bir məsələ isə klubda guya baş verən maliyyə maxinasiyalarıdır. Bu fikirlər mənə o qədər gülünc gəlir ki, ona toxunmaya da bilərdim. Amma burada hədəf olaraq klub rəhbərliyi göstərildiyi üçün klubun qurucusu və fəxri prezidenti kimi buna da cavab vermək istərdim. “Palmali” Şirkətlər qrupunda, onun çoxsaylı strukturlarında maliyyə maxinasiyaları haqda söz-söhbətləri əsassız sayır, onların iftira kampaniyasının bir hissəsi olduğuna inanıram. Hələ mənim təyin etdiyim klub rəhbərliyinin maliyyə fırıldağına qarışdığının məntiqsiz və cəfəngiyyat olduğunu düşünməmək mümkün deyil. Xatırladım ki, rəhbərlikdə fanatlıqdan gəlmiş insanlar da var. Bir sözlə, mən çalışdığım insanları özüm seçirəm və onların bütün fərdlərinə inancım sonsuzdur.
Futbol bir oyundur, onun gözəlliyi bəzən də nəticənin gözlənilməz olmasındadır. Təbii ki, bizim kimi böyük bir klubun hədəfi də hər zaman böyük olmalıdır. Lakin bəzən müxtəlif səbəblər üzündən müəyyən sapmalar olur. Rəhbərliyin vəzifəsi olaylara anında müdaxilə edib, doğru qərarlar verməsidir. Bu gün bizim çempionatda baş verənlərin bənzəri Türkiyədə görünür. Ölkənin 2 ən köklü və ən güclü klubu - “Qalatasaray” və “Fənərbağça” çempionluq yarışından çıxıblar. Bu iki klubun büdcəsi bütün türk liqasının büdcəsindən çoxdur. Amma Türkiyədə tərəfdar hamını birdən istefaya çağırmır, ləkə yaxmır, iftira atmır. Sadəcə olaraq konstruktiv təklifi varsa, onu irəli sürür.
Mən inanıram ki, ölkəmizin hər sahəsində baş verən dəyişikliklər, modernləşmə bizim futbol həyatımızda da baş verəcək və bu kimi lüzumsuz və mənasız polemika və tələblər ortaya çıxmayacaq.
Mən və ailəm “Xəzər Lənkəran” klubu üçün hələ çox qələbələrin bizimlə olacağına inanıram və bu inamım tamdır, qətidir”.
"Real"ın əsas hədəfidir
Qvardiola yenə narazıdır
Renat oynadı, komandası heç-heçə etdi
"20 ili bir klubda keçirmək asan deyil"
Yevlaxda 4 qol vuruldu - Video
Enrike Ançelottiyə Braziliya millisində uğur arzulamır
"Mingəçevir"in qələbəsindən - Video
"Real" gənc müdafiəçi ilə anlaşdı
"İmişli" və "Karvan"dan heç-heçə, "Mingəçevir" qalib gəldi
Millimizin ilkin heyəti açıqlandı
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın kapitanı karyerasını başa vurur
UFC-nin məşhur ulduzları Bakıya gəlir
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Messi yenidən millidə
Yamal: "Xavinin sayəsində çempion olduq"
Ançelotti 1-ci, Flik 2-ci
4-cü dəfə mövsümün ən yaxşısı seçildi
Messini qabaqlayıb "Barselona"nın tarixinə düşdü
"Sabah"ın U-10 komandası Kazanda finala yüksəldi
Fatih Terimlə müqavilə uzadılacaq?
“Kəpəz”in yeni mövsümə Azər Bağırovla başlayacağı dəqiqləşdi
"Turan Tovuz"un da gəlirləri açıqlandı
"Çelsi" də yeni formalarını təqdim etdi - Şəkillər
İnfantino FİFA Konqresinə gecikdi - UEFA tənqid etdi
Azərbaycanda işləmiş məşqçi Acunun klubundan göndərildi
17 yaşlı Yamal Ronaldoya çatdı
"Fənərbaxça"da yeni müqavilə
"Real"ın futbolçusuna qarşı cinayət işi açıldı
Yamalın möhtəşəm qolu və çempionluq qələbəsi - Video
Səudiyyə Ərəbistanında çempion müəyyənləşdi
11 il sonra ilk dəfə ÇL-də oynayacaqlar
"Barselona" çempionluğu rəsmiləşdirdi
Vüsalın komandasından vacib qələbə
"Qəbələ" "Zaqatala"nı darmadağın etdi - Video
"Barselona" və "Arsenal" onu hədəflədilər