London olimpiadasında futbol turnirinin püşkü atıldı

London olimpiadasında futbol turnirinin püşkü atıldı
LONDON-2012 25 Aprel 2012 / 02:24 2291
-  A +

2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində kişi və qadınlar arasında keçiriləcək futbol turnirinin püşkü atılıb.

Lent.az-ın məlumatına görə, mərasim Böyük Britaniya paytaxtındakı “Uembli” stadionunda baş tutub.

Kişilərdən ibarət 16 ölkə 4, qadınlardan ibarət 12 ölkə 3 qrupda mübarizə aparacaq:


Kişilər:

A qrupu: Böyük Britaniya, Seneqal, BƏƏ, Uruqvay
B qrupu: Meksika, Cənubi Koreya, Qabon, İsveçrə
C qrupu: Braziliya, Misir, Belarus, Yeni Zelandiya
D qrupu: İspaniya, Yaponiya, Honduras, Mərakeş

Qadınlar:

A qrupu: Böyük Britaniya, Yeni Zelandiya, Kamerun, Braziliya
B qrupu: Yaponiya, Kanada, İsveç, CAR
C qrupu: ABŞ, Fransa, Kolumbiya, KXDR.

Qeyd edək ki, London olimpiadasında futbol matçları iyulun 25-dən avqustun 11-dək davam edəcək.

 

Daha çox


Son xəbərlər