Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri başa çatıb.
Qol.Az-ın məlumatına görə, turnirin son günündə güləşçilərimiz London Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Bununla da güləşçilərimizin qazandığı lisenziyaların sayı 10-a çatıb.
55 kq çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç Fransa, Türkiyə və Finlandiya güləşçiləri üzərində inamlı qələbə qazanaraq, finala yüksəlib. Bununla da o, güləş yığmamıza 10-cu Olimpiya lisenziyasını qazandırıb. Finalda Yunanıstandan olan Mariya Prevolaraki ilə gərgin keçən görüşdə də qalib gələn güləşçimiz turniri çempion kimi tamamlayıb.
96 kq çəkidə yunan-Roma güləşçimiz Şalva Qadabadze də Olimpiya lisenziyasını qazana bilərdi. Ancaq təmsilçimiz bu dəfə şansı əldən verib. Ardıcıl olaraq Çernoqoriya və İtaliya güləşçiləri üzərində qələbə qazanan Şalva yarımfinalda - lisenziyanın bir addımlığında büdrəyib. Ancaq pəhləvanımız bürünc medal uğrunda görüşdə litvalı rəqibindən üstün olaraq turniri üçüncü sırada tamamlayıb.
72 kq çəki dərəcəsində qadın güləşçimiz Dina İvanova da lisenziyaya yaxın olub. Ancaq o da lisenziyanın bir addımlığında büdrəyib. 63 kq çəkidə İrina Netreba və 120 kq çəkidə Maksim Proxorov isə ilk görüşdən mübarizəni dayandırıb.
18 ildən sonra
Jardim istefa verdi
2-ci liqada 3 oyun
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu
Toral Bayramov üçün əlamətdar matç