“Mən bilmirəm, hazırda “Qəbələ”də nələr baş verir. Açığı, komandadan uzaqlaşdırılacağımı gözləmirdim”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Qəbələ” klubunun yollarını ayırdığı qapıçısı Pavels Doroşevs bildirib. O qeyd edib ki, son iki turda ehtiyatda qalsa da, baş məşqçiləri Fatih Kavlakla hər hansı bir söhbəti olmayıb: “Əksinə, mən hər zaman komandanın yanında olaraq, ona dəstək olmuşam. Baş məşqçi mənə yaxınlaşaraq “səninlə işləmək istəmirəm” dedi. Qərarının səbəbini də izah etmədi”.
Pavel Doroşevs bildirib ki, Fatih Kavlak komandada öz adamlarını ətrafına yığmağa çalışır: “Bunu isə müasir futbolda normal qəbul etmək lazımdır. Mən onun qərarına hörmətlə yanaşıram. Çünki komandanın nəticələrinə baş məşqçi cavabdehdir”.
“Ola bilərmi ki, “Bakı”yla qarşılaşmanın son saniyələrində buraxdığın qol, səni baş məşqçinin qəzəbinə tuş gətirib” sualına Doroşevs belə deyib: “Əgər Fatih Kavlak buna görə məni komandasında görmək istəmirsə, buna yalnız gülmək olar. Bir buraxılan topa görə komandanın əsas qapçısını uzaqlaşdırmaq yalnış fikirdi. Mən pis qapıçı olsam, 4 ay əsas heyətdə oynamazdım. Komandadan getməyimi buna görə istəyirsə, bu mənim üçün sürprizdir”.
“Qəbələ”dən ayrıldıqdan sonra hansısa yerli klublarımızın təklifini qəbul edəcəksənmi” sualını cavablandıran Pavels bunları deyib: “Əlbəttə, böyük məmnuniyyətlə, qəbul edərdim. Çünki Azərbaycan çox xoşuma gəlib. Burada futbol oynamaq mənə xoşdur”.
Əli HƏYATİ
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb