FİFA-nın “Xəzər Lənkəran” klubunun altı xalının silinməsi tələbindən geri çəkilməsi üçün AFFA-nın dünyanın ən ali qurumuna ünvanladığı müraciətinə yaxın bir-iki ərzində konkret cavab veriləcəyi gözlənilir.
Qol.Az-ın əldə etdiyi məlumata görə, bununla belə, FİFA-nın “Xəzər Lənkəran”la bağlı qərarının dəyişməsi ehtimalı çox azdır.
Artıq xəbər verdiyimiz kimi, klubun keçmiş futbolçusu Romulo Silvano Silvaya borcu səbəbindən yaranmış bu problemə görə FİFA AFFA-dan Cənub təmsilçisinin altı xalının silinməsini və quruma bu barədə müvafiq sübütun göndərilməsini tələb edib. Bununla bağlı FİFA-dan AFFA-ya məktubun bu il martın 29-da, yəni düz iki həftə əvvəl göndərildiyini nəzərə alsaq, əsas danışıqların da məhz həmin tarixdən başladığını söyləmək olar.
Lakin son 14 gündə FİFA-yla aparılmış danışıqların bir nəticə vermədiyi aydın görünür. Danışıqlarda vasitəçi rolunu oynayan AFFA-nın cəhdlərinin bundan sonra da bir nəticə verəcəyi versiyası azdır.
Hələlik vəziyyətdən iki çıxış yolu var. Birincisi, “Xəzər Lənkəran” FİFA-nın qərarəndan apelyasiya şikayəti verməlidir. Amma bütün hüquqi məsələlərin FİFA-nın tərədində olduğunu nəzərə alsaq, Cənub klubunun istəyinə nail olmayacağı real görsənir. Bu durumda yeganə çıxış yolu AFFA rəhbərliyinin şəxsi əlaqələrini işə salaraq FİFA-nın nüfuzlu şəxlərini bu qərardan daşındırmağa çalışmasıdır. Amma görsənən odur ki, ictimaiyyətdən gizli son 14 gündə bununla bağlı edilən cəhdlər də heç bir fayda verməyib. Buna görə də AFFA-nın rəsmi müraciətindən sonra belə belə məsələlərdə kifayət qədər sərt və prinsipial mövqe tutan FİFA-nın qərarını dəyişməyəcəyi, sonda milli federasiyanın “Xəzər Lənkəran”ın altı xalını siləcəyə daha realdır.
Bununla yanaşı, ümid edək ki, bu qısa müddətdə hər şey “Xəzər Lənkəran”ın xeyrinə həll olunacaq və klub yalnız maddi cərimə ödəməklə bu ciddi problemdən yaxa qurtaracaq.
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi