AFFA FİFA tərəfindən “Xəzər Lənkəran”ın cəzalandırıla biləcəyi ilə bağlı xəbərləri təsdiqləyib.
Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az-ın müxbiri ilə söhbətində onlara Cənub təmsilçisinin altı xalını siləcəyi ilə bağlı məlumat daxil olduğunu deyib: “Amma hələlik bununla bağlı FİFA-dan bizə rəsmi heç nə bildirilməyib. Buna görə də əlavə heç nə deyə bilmərik”.
Qeyd edək ki, bununla bağlı ilk xəbəri futbol11.az saytı yayıb. Məlumatda bildirilib ki, "Xəzər Lənkəran"ın 2008/2009-cu illərdə transfer etdiyi braziliyalı futbolçu Romulo Silvano FİFA-ya şikayət edib.
"Xəzər Lənkəran"dan ayrıldıqdan sonra ona olan borcunun ödənilməsi ilə bağlı FİFA-ya müraciət edən Romulonun bu şikayəti müsbət cavablandırılıb. Ali futbol qurumu cəza kimi Lənkəran təmsilçisinin hesabından 6 xalın silinməsini istəyir.
“Xəzər Lənkəran” rəsmiləri futbolçuya borcun ödənildiyini bildiriblər.
Qeyd edək ki, hazırda Lənkəran klubu Unibank Premyer Liqada 27 oyundan 51 xalla hazırda turnir cədvəlində 2-ci yerdədir. Həmin 6 xal silinərsə, komanda 45 xalla 4-cü pilləyə düşəcək və demək olar çempionluq şansını itirəcək.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb