“Xəzər Lənkəran” klubunun yeni baş məşqçisi Yunis Hüseynov qapıçı Kamran Ağayevi yenidən kapitanlığa qaytarmağı qərara alıb. Bu barədə Lent.az-a mütəxəssisin özü məlumat verib.
O, səbəb kimi 2011-ci il oktyabrın 21-dən “sarğı”nı daşıyan Rahid Əmirquliyevin sarı vərəqə limitini aşmasını göstərib. Əmirquliyev Unibank Premyer Liqanın XXVIII turunun aprelin 14-də “Bakı” ilə keçirəcəkləri səfər matçında oynamayacaq. Bu halda Hüseynov Ağayevi kapitan qismində meydana buraxacağını açıqlayıb: “İnşallah, “Bakı” ilə oyunda Kamran kapitan olacaq”. Lakin o, gələcək oyunlarda da qapıçını bu statusda saxlayıb-saxlamayacağına aydınlıq gətirmək istəməyib.
Qeyd edək ki, Kamran Ağayev I dövrədə məhz “Bakı” ilə səfər oyununda (2:2) yol verdiyi kobud səhvdən sonra kapitanlıqdan məhrum edilib. Bu qərardan sonra “Xəzər Lənkəran”ın ovaxtkı baş məşqçisi Mirça Redniklə 26 yaşlı qapıçı arasında münaqişə yaranıb. Rednik – Ağayev qarşıdurması 2011-ci il dekabrın 4-də baş məşqçinin istefası ilə nəticələnib.
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video