"Çox maraqlı və baxımlı oyun oldu. "Qarabağ" çox gözəl oyun göstərir. Qurban Qurbanovu bu cür komandaya görə təbrik etmək istəyirəm. O, çox bacarıqlı məşqçidir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Qarabağ"lə keçirilən oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis komandasının bu görüşdə sonadək mübarizə apardığını bildirib: "Rəqiblər bir-birinə layiq oyun göstərdi. Fikrimcə, hesab oyuna görə oldu. Futbolçulara göstərdikləri əzmkarlığa görə minnətdaram. Sonadək mübarizə aparıb hesabı bərabərləşdirdik.
Komandalara yüksək oyun səviyyəsinə görə təşəkkür etmək lazımdır. Bu cür oyunlar futbolun və çempionatın səviyyəsini artırır. Hələ hər şey qarşıdadır. "Neftçi" yarışda irəlidə olsa da, hər turda dəyişiklik ola bilər. Azarkeşlər bu cür oyunları stadiondan izləyib həzz almalıdırlar".
Niderland da 100-ü keçdi
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır