“Neftçi” futbol klubu bu gün Unibank Premyer Liqanın Quzanlı qəsəbəsində “Qarabağ”a keçirilmiş 26-cı turunun oyunu (0:0) ilə bağlı şərh verib.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Qol.Az saytına bildirib ki, Quzanlıda gözəl futbol bayramı olub: “Biz buna gorə, “Neftçi” klubu olaraq, “Qarabağ” futbol klubunun rəhbərliyinə və Ağdam futbol azarkeşlərinə təşəkkürümüzü bildiririk”.
E.Əşrəfoğlu oyun və hakimliklə bağlı fikirlərə də münasibət bildirib: “Oyundan əvvəl bəziləri iddia edirdi ki, matçın baş hakimi Anar Salmanov “Neftçi”yə kömək edəcək. Ancaq görüşü həm stadionda, həm də televiziyada izləyənlər gördü ki, Anar Salmanov “Neftçi”nin təmiz qolunu hesaba almadı. Adətən, belə epizodlarda Azərbaycan hakimləri müdafiəçilərin tərəfini tuturlar. Əksinə, hücumçulara üstünlük vermək lazımdır. Həmin epizodda hücumçumuz Bahadır Nəsimov “Qarabağ”ın müdafiəçisi Admir Teliyə qarşı heç bir qayda pozuntusu etməmişdi. Lakin Anar Salmanov təmiz qolu qeydə almadı. Bütün bunlar bir daha göstərir ki, “Neftçi” meydanda təmiz, ədalətli mübarizə aparır. “Neftçi”yə heç kimin köməyi lazım deyil. İnşallah, “Neftçi” öz gücünə də çempion olacaq”.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi