Rusiyanın "Volqa" klubunun hücumçusu Vaqif Cavadovun müsahibəsi
- Vaqif, bildiyimizə görə siz – idmançılar jurnalistlərlə ünsiyyətdə olmağı xoşlamırsınız?
- Bu barədə qəti bir söz deyə bilmərəm. Şəxsən mən tez-tez mətbuatla əlaqədə oluram və istənilən mövzu haqda çox rahat danışa bilərəm. Əsas odur ki, jurnalist mənim dediyim sözləri dəyişdirməsin və sensasiyalı bir xəbər yazmağa çalışmasın. Bəzi jurnalistlər var ki, onunla danışmaq mənim üçün xoşdur.
- Təxribatçı suallara, necə cavab verməyə hazırsan?
- Məncə, hər bir peşəkar insan istənilən suala cavab verməyə hazır olmalıdır.
- Ailənin səninlə bağlı son zamanlar yaşanan qalmaqallara münasibəti necə oldu?
- Ailəm də yaxşı bilir ki, əgər həyatımda hər hansı bir iş düzgün getmirsə, mən buna dözə və ya səbr edə bilmirəm.
- Deməli, sən çox istiqanlı adamsan...
- Bəli. Bu, belədir.
- Bəs, səni özündən nə çıxara bilər?
- Yalan, vicdansızlıq və hiyləgərlik.
- Bir hücumçu kimi, digər futbolçuların qol vurmasına münasibətin necə olur?
- Mən bir sıra komandalarda çıxış etmişəm. Hücum xəttində yer alsam da, heç vaxt qol vurub, bombardir olmaq haqda düşünməmişəm. Əksinə, mən komanda yoldaşlarıma gözəl ötürmə verməklə, onlara qol vurmaq imkanı yaratmışam.
- Hansı tip qızları xoşlayırsan? Xaraktercə, sakit, yumşaq və ya əksinə?
- Xarakter o qədər də vacib deyil. Əsas odur ki, insan özü yaxşı olsun. Mən daha çox özəl və sadə qızları xoşlayıram.
- Özəl deyəndə, nəyi nəzərədə tutursan?
- Əgər qız sadədirsə, deməli o, özəldir. Ancaq çox təəssüf ki, müasir dövrdə bizim şəhərdə özəl qızlar çox olsa da, onlar sadə deyillər. Çox nadir hallarda həm özəl , həm də sadə qızla rastlaşa bilərsən.
- Qızlar sənin diqqətini çəkmək üçün nə etməlidirlər?
- Prinsip etibarı ilə heç nə...Mən ətrafa çox baxmağı xoşlamıram. Əgər bir qız sadə, gözəl və çox səliqəli geyinibsə, o mənim diqqətimi çəkə bilər.
- Gələcək ailəni necə görürsən?
- Gələcək ailə həyatımda atamı özüm üçün örnək görürəm. Ailə quracağım qızın da anam kimi olmağını istəyirəm. Çünki futbolçunun həyat yoldaşı olmaq heç də asan deyil. Futbolçu hər zaman oyunlarda və ya təlim-məşq toplanışlarında olduğundan, yoldaşı onu evdə gözləməli olur. Hər qadın da buna dayana bilmir. Bu baxımdan mənim anam çox əziyyət çəkib. Digər tərəfdən mən də öz həyatımı atam kimi yaşamaq istəyirəm. İndi mən şəhərdə alnıaçıq gəzərək, atam haqda qürurla danışa bilərəm. Məhz bu səbəbdən də atama oxşamaq istəyirəm.
- Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts haqda nə deyə bilərsən? Yeri gəlmişkən, Foqts daha 3 il Azərbaycan millisini çalışdıracaq...
- Mən öz ölkəmi çox sevirəm və 16 yaşım olarkən Rusiyadan qayıtdım ki, Azərbaycan millisində çıxış edim. Lakin çox təəssüf ki, belə vəziyyət alındı və mən getməli oldum. Təbii ki, millidə oynamaq istəyirəm, ancaq bu baş məqşçinin qərarıdır. Yenə deyirəm mən millidən imtina etməmişdim. Bununla belə həyat davam edir. Allah özü kömək olacaq. Əgər Foqts məni yenidən millidə görmək istəsə, qayıdaram. Mən Foqtsun Azərbaycan millisində daha 3 il qalmasına çox sevindim. Yığmaya əcnəbi məşqçinin gəlməsindənsə, elə Foqtsun yığmada qalması daha məqsədəuyğun idi. Çünki o, Azərbaycan futboluna yaxşı bələddir. Yenə də millimizə və onun məşqçisinə gələcək oyunlarda uğurlar arzulayıram. İstəyirəm ki, Azərbaycan futbolda maksimum nəticə əldə etsin.
- Səncə, Azərbaycan milli komandası nə vaxt öz qələbələri ilə azarkeşlərini sevindirəcək?
- Son zamanlar bu barədə çox danışırlar və hər kəs ani nəticələr gözləyir. Ancaq belə olmaz. Nə Rusiya, nə də Türkiyə yığmaları bir gün ərzində dünya səviyyəli komandalara çevrilməyiblər. Futbolda inkişaf tədricən baş verir. Azərbaycanda isə futbol hələ başlanğıc mərhələsindədir. Son zamanlar ölkəmizdə də futbola diqqət artıb. Bir sıra klublarımızın öz bazaları var. Ancaq əvvəllər belə şərait yox idi. Mən səki üzərində futbol oynayırdım və pullu təhsil almaq üçün valideynlər mənə kömək olmuşdu. O zamanlar çox az valideyn uşaqlarını futbola pulla yazdırırdılar və onlar hələ bilmirdilər ki, övladları gələcəkdə peşəkar futbolçu olacaq ya yox. Lakin indi hər şey fərqlidir. Hazırda istənilən valideyn uşağını futbola pulsuz yazdırır. Mən əminəm ki, Azərbaycan millisi yaxın gələcəkdə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Mənbə: 1news.az
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə