İspaniya kubokunun 1/8 final mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 2 qarşılaşma baş tutub.
Səfərdə "Albasete" ilə 0:0 bərabərə qalan "Atletik" (Bilbao) klubu doğma azarkeşləri önündə rəqibini darmadağın edib. Fasiləyə 1:0 üstün yollanan meydan sahibləri ikinci hissədə daha 3 dəfə fərqlənib.
"Barselona" klubu da rəqibin üstün olub. Kataloniyada baş tutan ilk görüşdə "Osasuna"nı 4 cavabsız qolla məğlub edən "Barsa" səfərdə də qələbə qazanıb - 2:1.
Bu qələbə sayəsində Kataloniya təmsilçisi də adını 1/4 finala yazdırıb. Beləliklə, yanvarın 18-də "Barselona" "Santyaqo Bernabero"da "Real" (Madrid) klubunun qonağı olacaq. Cavab matçı isə bir həftə sonra baş tutacaq.
10 yanvar
İspaniya kubokunun 1/8 final mərhələsinin cavab görüşləri
"Malyorka" - "Real" (Sosyedad) - 6:1 (ilk oyun - 0:2)
Qollar: İfran, 16 (0:1), Kastro, 34 (1:1), 40 (4:1), Hemad, 35 (2:1), 59 (6:1), Nunes, 37 (3:1), Alfaro, 53 (5:1)
"Santander" - "Mirandes" - 1:1 (ilk oyun - 0:2)
Qollar: Münitis, 35 (1:0), İnfante, 72-pen (1:1)
"Malaqa" - "Real" (Madrid) - 0:1 (ilk oyun - 2:3)
Qol: Benzema, 72 (0:1)
11 yanvar
"Levante" - "Alkorkon" - 4:0 (ilk oyun - 1:2)
Qollar: Barkero, 23 (1:0), Salvador, 45 (2:0), Visente, 52 (3:0), Suarez, 66 (4:0)
"Espanyol" - "Kordoba" - 4:2 (ilk oyun - 1:2)
Qollar: Vaskez, 9 (1:0), 20 (2:0), 88 (4:2), Vila, 35 (3:0), Aquilar, 40 (3:1), Diaz, 49 (3:2)
"Sevilya" - "Valensiya" - 2:1 (ilk oyun - 0:1)
Qollar: Soldado, 66 (0:1), Rakitiç, 70 (1:1), Ruiz, 90+1-avtoqol (2:1)
12 yanvar
"Atletik" (Bilbao) - "Albasete" - 4:0 (ilk oyun - 0:0)
Qollar: Susayeta, 25 (1:0), Herrera, 65 (2:0), Toquero, 78 (3:0), San Xose, 86 (4:0)
"Osasuna" - "Barselona" - 1:2 (ilk oyun - 0:4)
Qollar: Lekiç, 41 (1:0), Sançez, 49 (1:1), Roberto, 72 (1:2)
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı