“Qəbələ” klubunun məşqçilər heyətinə yeni mütəxəssis cəlb olunub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, gənc olmasına baxmayaraq, uğurlu karyeraya sahib İbrahim Bakırdır.
“Qəbələ”də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək Bakır məşqçilik karyerasının önəmli hissəsində Ertoğrul Sağlamın məşqçilər korpusunda yer alıb. “Samsunspor”da uğurlu mövsümdən sonra “Kayserispor”a keçən İbrahim Bakırın da yer aldığı məşqçilər korpusu bu komanda ilə avrokuboklara vəsiqə qazanıb.
Uğurlu “Kayserispor” karyerasından sonra məşqçilər korpusu “Beşiktaş”la müqavilə imzalayıb və mövsümü 3-cü yerdə bitirib. “Beşiktaş”dan sonra “Bursaspor”da fəaliyyətə başlayan heyət bu komanda ilə Türkiyə tarixində ilk dəfə olaraq, ölkənin 4 böyük komandasından başqa bir komanda ilə çempionluq qazanıb.
Artıq iki gündür komandanın hazırlıq prosesində yer alan Bakır yeni klubu barədə ilkin təəssüratlarını bölüşüb: “Qəbələyə gəlməmişdən öncə də Azərbaycan və bu ölkənin futbolu haqda məlumatım var idi. Burada olan dostlarım ölkə haqqında mənə dolğun informasiya vermişdilər. “Qəbələ” haqda məlumatım isə Fatih Kavlak burada işləməyə başlayandan sonra oldu. O, mənə klub, gələcək planlar, qarşıya qoyulan hədəflər, infrastruktur, uşaq futboluna ayrılan diqqət barədə məlumat verdi. Bütün bunlar çox xoşuma gəldi və məndə maraq oyatdı”.
Bakır “Qəbələ”nin bir neçə oyununu izlədiyini, heyətdə yüksək səviyyəli futbolçuların olduğunu bildirib: “Azərbaycan çempionatı günü-gündən inkişaf edir. Əhali və komanda sayının az olmasına baxmayaraq, futbolun səviyyəsi müsbətə doğru dəyişir. Buradakı futbolçuları gördükdən sonra inkişaf prosesinin getdiyinə bir daha əmin oldum. Daha öncə “Qəbələ”nin bir neçə oyununu izləmişəm. Komanda xoşuma gəldi. Heyətdə yüksək səviyyəli futbolçular var".
Söhbət əsnasında məşqçi “Qəbələ”nin inkişaf etməkdə olan infrastruktruna da toxunub: “Baza və meydançalar çox xoşuma gəldi. Görülən və görüləcək işlər hər şeyin daha yaxşı olacağından xəbər verir. İnanıram ki, futbol təcrübəmlə komandanın gücünə güc qatıb onun hədəflərinə çatmasında yaxından rol oynayacam".
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı
Antirekord təkrarlandı
Yeni transferdən “Qarabağ” paylaşımı
Braziliya FİFA-ya etiraz etdi
Mundialda uğura görə ölkədə bayram elan edildi
Türkiyənin ABŞ üzərində qələbəsi - Video
Dünya çempionatları tarixində yeni rekord
Montella: “Türkiyə komandası buna layiq deyildi”
Niderland Tunisi mundialdan 3 qolla yolladı - Video
Arda Güler ABŞ-la oyunun ən yaxşısı oldu
Ekvadordan Almaniya üzərində əzmkar qələbə - Video
Millidə tarixi qol vurdu
Kot d'Divuar və Ekvador pley-offa yüksəldi - Yenilənib
Azərbaycan teleməkanında bir ilk
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi