Millimizin itirdiyi istedadlar... (VİDEO)

Millimizin itirdiyi istedadlar... (VİDEO)
ÖLKƏ FUTBOLU 11 Yanvar 2012 / 09:51 3193
-  A +

Aleksandr Səmədov və Emin Mahmudov... Təkcə azərbaycanlı deyil, artıq demək olar, bütün Rusiyanın futbol azarkelərinə də tanış olan bu adlar indi milli komandamızda da oynaya bilərdilər. Amma onlar hər ikisi son anda Rusiya millisini seçdilər. Niyə? Hansı səbəbə?

Səmədovla Mahmudovu doğma vətəninin milli komandasını seçmədiyinə görə qınayanlar az deyil. Amma o da xüsusi vurğulanmalıdır ki, əgər Azərbaycan tərəfi vaxtında lazımi və doğru iş aparsaydı, bəlkə də Rusiyanın iki nəhəng klubunun – “Spartak” və “Dinamo”nun şərəfini qoruyan bu iki azərbaycanlı istedadlı oyunçu bu gün millimizdə oynayırdı.
 
Amma onlar Rusiyanı seçdilər: Rusiya millisi bundan qazandısa, Azərbaycan yığması da itirdi. Bəli, Səmədovla Mahmudov Azərbaycan millisinin itirdiyi oyunçulardır.

Gəlin, aşağıdakı bu videoları izləyək, onda yəqin, hamımız buna əmin olacağıq.
 

ALEKSANDR SƏMƏDOV





EMİN MAHMUDOV

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...