Vəli Qasımov: "Bu futbolçularla Avropada oynamaq olmaz"

Vəli Qasımov: "Bu futbolçularla Avropada oynamaq olmaz"
ÖLKƏ FUTBOLU 10 Yanvar 2012 / 20:54 2374
-  A +

Azərbaycanın U-19 millisinin baç məşqçisi Vəli Qasımov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin sonuncu oyunundan sonra fikirlərini bildirib.

Qeyd edək ki, millimiz 11-ci yer uğrunda oyunda latviyalı həmyaşıdlarına 1:2 hesabıyla uduzaraq yarışda sonuncu yeri tutub.

Qol.Az-ın turnirin rəsmi saytına istinadən yaydığı məlumata görə, V.Qasımov bildirib ki, nəticədən narazı qalıb: “Bütün turnir bizim üçün çətin keçdi. Amma bizim uğursuzluğumuza səbəb də var: biz bura eksperimental heyətlə gəlmişdik. Məqsədimiz yeni futbolçuları sınaqdan keçirmək idi”.

V.Qasımovun fikrincə, bütün xətlər üzrə yeni futbolçulara ehtiyac var: “Bu, həmçinin qapı xəttinə aiddir. Bu futbolçularla Avropada oynamaq olmaz. Komandanın heyətinin yarısı dəyişməlidir”.

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...