“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevin Qol.Az saytına müsahibəsi
- Qış fasiləsinə çempionu kimi yollandınız. Yəqin komandanızın oyunundan razı qalmısan.
- Çempionatın başlanğıcında yaxşı oyun nümayiş etdirə bilməsək də, sonradan özümüzü toparladıq. Düzdü, Unibank Premyer Liqasının XVII-ci turunda səfərdə “İnter”ə məğlub olduq. Lakin ümumi götürəndə komandadan razı qaldım. Çünki bütün rəqiblərimzi xal fərqiylə üstələyirik.
- Amma bu mövsüm sənin üçün uğursuz keçdi. Hər halda “Neftçi”nin əsas heyətində nadir halda göründün. Buna səbəb nə id?
- Bu sualı məşqçiyə ünvanlasanız daha yaxşı ola. Bizim işimiz məşq etmək və hər an meydana çıxmağa hazır olmaqdır. Meydana nə zaman çıxacağımıza isə məşqçi qərar verir.
- Komanda yoldaşın Emil Mpenza mətbuata açıqlamasında “Mən hazır olsam da, baş məşqçi Böyükağa Hacıyev kimi istəyir, onu da, meydana buraxır” söyləmişdi. Bu fikirlə razısan?
- Mən deməzdim ki, Böyükağa müəllim həmin şeyi edir. Baş məşqçiyə də kimin meydana çıxmağa hazır olduğunu qapçılarla işləyən məşqçi Neboşa Mihayloviç söyləyir. Onun fikrindən də çox şey asılıdır.
- Bəlkə yaxşı formada olmadığından əsas heyətə oynamırsan?
- Vallah, mən özümün lap əla formada olduğumu düşünürəm. Müntəzəm olaraq da məşqlərimi edirəm. Sadəcə, kimin meydana çıxacağını baş məşqçiyə Neboşa Mihayloviç söyləyir. Mən də ümidimi itirmədən məşqlərdə böyük həvəslə çalışıram.
- Bu fikirlə razısan ki, rəqabətdə serb qapıçı Saşa Stamenkoviçə uduzursan?
- Mən belə deməzdim. Heç bir qapıçı deyə bilməz ki, mən daim əsas heyətdə oynayacağam. Hələ də, Saşa Stamenkoviçlə rəqabət aparmaqda davam edirəm. Bir də ki, mən deməzdim üç qapçı arasında kimsə kimdənsə səviyyəcə üstündür. İçi mən qarışıq hər üç qapıçı eyni səviyyədədir.
- Ehtiyatda qalmaqdansa, başqa bir kluba keçmək barədə fikirləşmisən?
- Düzdü, belə bir addım ata bilərdim. Lakin fikirləşdim ki, ən güclü komanda elə “Neftçi”dir. Çünki indiki komandamla mən keçən il çempionluq sevincini yaşamışam. Uşaqlıq arzumu həyata keçirmişəm. Nəyə görə başqa kluba keçməliyəm?
- Bəs, onda ehtiyatda qalmaqla hara qədər gedəcəksən?
- Əgər “Neftçi” rəhbərliyi mənə bildirsə ki, daha lazım deyilsən, onda klubumu dəyişmək haqda düşünərəm. Hazırda bu klubun şərəfini qorumağı məsləhət bilrəm. Sözsüz ki, meydana çıxmaq üçün rəqabətdə udmaq şərti ilə.
- Ümumiyyətlə, digər klublardan təkliflər almısan?
- Qış fasiləsində mənə heç bir təklif gəlməyib. Çempionat başlamazdan əvvəl yalnız bir yerli komandadan təklif gəlmişdi. Sadəcə, həmin təklif real olmadığında qəbul etmədim. Adını çəkmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, həmin klub Avroliqada oynadı.
- Çoxları sənin yaşının çox olduğunu əsas gətirsələr də, “Neftçi”yə gələndən sonra sanki ikinci gəncliyini yaşamağa başladın. İndi isə 35 yaşın var. Hələ neçə il futbol oynayacaqsan?
- Mən özümü yaxşı hiss edirəm. Qapıçının yaşının çox olması onun təcrübəsinin yüksək olduğuna da dəlalət edir. Elə İngiltərə Premyer Liqasında çıxış edən qapcılara nəzər saldıqda, xeyli sayda yaşlı və təcrübəli qolkiperin çıxış etdiyini görürük. Allahın köməkliyi ilə nə qədər gücüm çatır, oynayacağam.
- Keçən il də Arif Əsədov “Neftçi”nin baş məşqşisi olanda da fasiləyə qış çempionu kimi yollanmışdınız. Səncə, hansı məşqçinin rəhbərliyi altında “Neftçi” daha inamlı təsir bağışlayır?
- Hər bir məşqçinin özünə məxsus üstünlüyü var. Mən bir söz deyə bilmərəm. Məşqçilərin nəticəsi göz qabağındadır. Əsas odur ki, hər iki məşqçinin rəhbərliyində komanda qış fasiləsinə çempion kimi gedib. Mənim işim məşqçiylə işləməkdir, kimin kimdən güclü olduğunu araşdırmaqdan deyil.
Əli HƏYATİ
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı
Antirekord təkrarlandı
Yeni transferdən “Qarabağ” paylaşımı
Braziliya FİFA-ya etiraz etdi
Mundialda uğura görə ölkədə bayram elan edildi
Türkiyənin ABŞ üzərində qələbəsi - Video
Dünya çempionatları tarixində yeni rekord
Montella: “Türkiyə komandası buna layiq deyildi”
Niderland Tunisi mundialdan 3 qolla yolladı - Video
Arda Güler ABŞ-la oyunun ən yaxşısı oldu
Ekvadordan Almaniya üzərində əzmkar qələbə - Video
Millidə tarixi qol vurdu
Kot d'Divuar və Ekvador pley-offa yüksəldi - Yenilənib
Azərbaycan teleməkanında bir ilk
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."