"Qış fasiləsində bəzi yerli oyunçuları digər klublara icarəyə verə bilərik. Artıq legionerlərdən Emeka Opara ilə artıq yollarımızı ayırmışıq. Nigeriyalı futbolçunun oyunu baş məşqçi Cüneyt Biçəri qane etmədi və "Xəzər Lənkəran" da ona ehtiyac duymadı".
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
T.Nadirov son zamanlar mətbuatda “Xəzər Lənkəran”ın transfer edəcəyi futbolçular barədə yayılan xəbərlərə də münasibət bildirib: “Son zamanlar mətbuatda “Xəzər Lənkəran”ın müxtəlif futbolçuları transfer edəcəkləri barədə məlumatlar yayılır. Onu qeyd edim ki, “Xəzər Lənkəran” heç bir yerli klubun əcnəbi futbolçusu ilə maraqlanmır. Bunlar hamısı yanlış məlumatlardır. Yerli klubların futbolçuları və menecerləri “Xəzər Lənkəran”ın adından özlərini reklam etməklə məşğuldurlar. Halbuki həmin futbolçular komandamızın transfer siyasətinə uyğun gəlmirlər. Ancaq yerli klublar hər zaman “Xəzər Lənkəran”ın legionerlərinə göz dikiblər”.
“Xəzər Lənkəran” rəsmisi Serbiya millisinin və “Partizan”ın qapıçısı Vladimir Stoykoviçin komandaya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: “Bu məsələdən xəbərimiz var idi. Guya komandamızın hücumçusu Branimir Subaşiç Serbiya mətbuatına bu barədə açıqlama verib. Ancaq bunlar hamısı boş söhbətlərdir. “Xəzər Lənkəran” klubu Stoykoviçlə heç vaxt maraqlanmayıb”.
Kamran Ağayevin qış fasiləsində “Xəzər Lənkəran”dan ayrılacağına toxunan T.Nadirov bu məlumatın da yanlış olduğunu bildirib: ”Mətbuatda Kamranla bağlı da yanlış xəbərlər yazılır. Elə serbiyalı qapıçı Stoykoviçin “Xəzər Lənkəran”a transfer olunacağı ilə bağlı xəbər də qəsdən ortaya atılmışdı. Kamranın komanda ilə müqaviləsi var. Həmin müqavilə əsasında da bizim münasibətlərimiz tənzimlənir. O ki qaldı hansı futbolçunun komandadan ayrılacağı və ya qalacağı bu baş məşqçinin səlahiyyətindədir”.
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı
Antirekord təkrarlandı
Yeni transferdən “Qarabağ” paylaşımı
Braziliya FİFA-ya etiraz etdi
Mundialda uğura görə ölkədə bayram elan edildi
Türkiyənin ABŞ üzərində qələbəsi - Video
Dünya çempionatları tarixində yeni rekord
Montella: “Türkiyə komandası buna layiq deyildi”
Niderland Tunisi mundialdan 3 qolla yolladı - Video
Arda Güler ABŞ-la oyunun ən yaxşısı oldu
Ekvadordan Almaniya üzərində əzmkar qələbə - Video
Millidə tarixi qol vurdu
Kot d'Divuar və Ekvador pley-offa yüksəldi - Yenilənib
Azərbaycan teleməkanında bir ilk
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."