“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
DÇ-2026 2 İyul 2026 / 08:59 1199
-  A +

Seneqal millisinin yarımmüdafiəçisi Pap Qeye DÇ-2026-dan sonra müvəqqəti olaraq yığmadan getdiyini açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 27 yaşlı futbolçu hazırkı məşqçilər korpusu dəyişməyənə qədər milli komandaya qayıtmayacağını bildirib.

“Hazırkı məşqçilər korpusu komandanın başında olduğu müddətdə milli komandadakı çıxışlarıma fasilə verəcəyəm”, – deyə Qeye bildirib.

Qeyd edək ki, Seneqal DÇ-2026-nın 1/16 finalında Belçikaya dramatik şəkildə uduzaraq (2:3) mübarizəni dayandırıb.

Pap Qeye turnirdə keçirdiyi 4 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. O, ümumilikdə Seneqal millisinin heyətində 45 matçda 7 qol və 2 assistlə yadda qalıb.

Xatırladaq ki, Seneqal millisini 2025-ci ilin martından 45 yaşlı Pape Tiav çalışdırır. Onun rəhbərliyi altında komanda 2026-cı il Afrika Millətlər Kubokunun finalına yüksəlmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner