Bolqarıstanın SSKA klubu yay hazırlıq planında dəyişiklik edib.
QOL.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, iyunun 27-də “Qarabağ”a qarşı Avstriyada keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
Buna səbəb komandaların UEFA Avropa Liqasında bir-birinə rəqib ola bilmə ehtimalıdır.
Hər iki komanda Avroliqada 1-ci mərhələni adlasa, bir-birinə rəqib olacaq.
Xatırladaq ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.
Ağdam klubu daha əvvəl elan etmişdi ki, təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
İyunun 27-si SSKA (Bolqarıstsn), iyulun 1-i isə “Metallist 1925” (Ukrayna) və “Ferentsvaroş”la (Macarıstan) yoxlama oyunlarının keçiriləcəyi bildirilmişdi.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq