Yığmadan azarkeşlərə jest

Yığmadan azarkeşlərə jest
DÇ-2026 10 İyun 2026 / 21:00 536
-  A +

Almaniya milli komandasının futbolçuları 2026-cı il dünya çempionatına azarkeşlərinin yol xərclərini qarşılamaq qərarına gəliblər.

QOL.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" nəşri məlumat yayıb.

Məlumata görə, yığmanın daxili iclasında azarkeşlərə dəstək nümayiş etdirmək məqsədilə iyunun 25-də Ekvadorla baş tutacaq qrup mərhələsinin son matçı üçün onların böyük bir qisminin səfər xərclərinin ödənilməsi qərara alınıb. Bu təşəbbüslə komandanın kapitanı Coşua Kimmiç çıxış edib. Almaniya Futbol İttifaqı (DFB) da oyunçuların bu addımını tam dəstəkləyib.

Bildirilir ki, biletlər xüsusi lotereya vasitəsilə azarkeşlər arasında bölüşdürüləcək. Lotereyanın şərtləri və detalları barədə məlumat artıq milli komandanın rəsmi fan-klubunun bütün üzvlərinə göndərilib.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner