İyunun 3-də “Baku Marriott Hotel Boulevard” otelində Xiaomi 17T smartfonlarının yeni seriyasının təqdimatına həsr olunmuş parlaq tədbir baş tutub.
QOL.az xəbər verir ki, bu gecə Xiaomi texnologiyanı, idmanı və əyləncəni bir araya gətirərək müasir mobil cihazların həyatın ən parlaq emosiyalarını və mühüm anlarını yadda saxlamağa necə kömək etdiyini nümayiş etdirib.
Tədbirin əsas mövzusu innovativ texnologiyalarla futbol dünyası arasındakı əlaqə olub. Futbol elə bir idman növüdür ki, burada ən vacib epizodlar saniyələr içində baş verir. Məhz buna görə yeni Xiaomi 17T seriyasının təqdimatı smartfonun texnoloji imkanlarının nümayişini interaktiv futbol aktivlikləri ilə birləşdirən formatda keçirilib.

Tədbir qonaqları Leica-nın qabaqcıl texnologiyaları ilə təchiz olunmuş Xiaomi 17T və Xiaomi 17T Pro modelləri ilə yaxından tanış oldular. Mobil fotoqrafiya imkanlarına xüsusi diqqət yetirildi. Bunlara 5x Leica teleobyektivi, 120 dəfəyədək böyütmə imkanı təqdim edən AI Ultra Zoom funksiyası və hərəkəti, emosiyaları, eləcə də hadisənin atmosferini mümkün qədər təbii şəkildə çatdırmağa imkan verən Leica Live Moment texnologiyası daxildir.
Gecənin xüsusi qonağı “Neftçi” futbol klubundan Elvin Camalov olub. Çıxışı zamanı futbolçu müasir texnologiyaların idmanda və gündəlik həyatda oynadığı mühüm roldan danışıb, həmçinin yeni Xiaomi 17T seriyası ilə bağlı təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, matçın yaddaqalan anlarını, qələbə emosiyalarını və komanda ruhunu yüksək keyfiyyətdə lentə almaq imkanı həm idmançılar, həm də azarkeşlər üçün xüsusi dəyər daşıyır.
Rəsmi hissədən sonra Elvin Camalov tədbirin futbol aktivliklərinə start verib. Qonaqları bloqer və influenserlərin iştirakı ilə keçirilən dostluq mini-futbol oyunu gözləyirdi. Bu qarşılaşma gecənin ən dinamik hissələrindən birinə çevrilib. İştirakçılar təkcə idman bacarıqlarını nümayiş etdirmədilər, həm də aktiv hərəkət və canlı emosiyalarla dolu dinamik anlarda yeni smartfonların imkanlarını sınaqdan keçirmək fürsəti qazandılar.

Proqramın musiqili yekunu isə məşhur Gagaband qrupunun çıxışı ilə baş tutub. Qrupun ifası tədbir qonaqları üçün bayram ab-havası yaradıb.
Gecənin tərəfdaşı qismində Chabiant brendi çıxış edib. Brend qonaqlara müxtəlif şərab kolleksiyasını təqdim edərək axşam proqramını və iştirakçılar arasında qeyri-rəsmi ünsiyyəti tamamlayıb.
Beləliklə, Xiaomi 17T seriyasının təqdimatı yalnız yeni nəsil smartfonların nümayişi deyil, həm də texnologiya, idman və parlaq təəssüratları bir araya gətirən əsl bayrama çevrilib.
Hədiyyələrlə birgə haradan almaq olar?
Xiaomi yeni flaqman cihazı alıcılarına xüsusi hədiyyə təklif edir. Belə ki, Xiaomi 17T Pro alıcıları Xiaomi REDMI Pad 2 planşetini pulsuz əldə edə biləcəklər. Təklif 30 iyun 2026-cı il tarixinədək qüvvədədir. Alıcılar planşet üçün 24 aylıq zəmanətdən və alış tarixindən etibarən 6 ay ərzində bir dəfə pulsuz ekran dəyişdirilməsi hüququndan yararlana biləcəklər.
Yeni Xiaomi 17T seriyası artıq Kontakt, Irshad, Birmarket, Baku Electronics və Soliton mağazalar şəbəkələrində satışdadır. Smartfonlar aşağıdakı tövsiyə olunan pərakəndə satış qiymətləri ilə təqdim olunur:
• Xiaomi 17T (12 GB + 256 GB) - 1 399 AZN-dən
• Xiaomi 17T (12 GB + 512 GB) - 1 599 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 256 GB) - 1 899 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 512 GB) - 2 149 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 1 TB) - 2 499 AZN-dən
Yuxarı
"Turan Tovuz"da ayrılıq
"Şəfa"da daha üç ayrılıq
Azərbaycan millisi San Marinoya qalib gəldi
Azərbaycan yığması Şimali Makedoniyanı məğlub etdi
İtaliya klubu da baş məşqçisini yola saldı
"Turan Tovuz"dan ilk transfer
"Real" Arbeloanı istefaya göndərdi - Rəsmi
"Zirə" Anatoli Nuriyev ilə yolları ayırdı
Azərbaycan - San Marino: Heyətlər
“Qarabağ”ın hazırlıq planı və rəqibləri bəlli oldu
"Şamaxı"dan yeni transfer
"Çelsi" "Yuventus"un futbolçusuna göz dikdi
Azərbaycan yığması Qırğızıstana məğlub oldu
Azərbaycan millisi Pakistana qalib gəldi
Baş məşqçi gedərsə, "Lans" 5 milyon qazana bilər
"Arsenal"ın ən yaxşısı seçildi
Reşford Premyer Liqa klublarının hədəfində
U-17 millimiz yenidən Qazaxıstana uduzdu
DÇ-2026-nın baş tutacağı şəhərlər və stadionlar