Kriştiano Ronaldo və Lionel Messi bugünlərdə İnstaqramda aparılan genişmiqyaslı saxta hesab təmizlənməsindən sonra milyonlarla izləyici itirib.
QOL.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Meta öz platformalarında qeyri-aktiv, spam və bot hesabların silinməsinə başlayıb. Məqsəd isə sosial şəbəkədə real hesabların etibarlılığını artırmaq və süni aktivliyin qarşısını almaqdır.
Ən böyük itkini Kristiano Ronaldo yaşayıb. Bildirilir ki, portuqaliyalı ulduz təxminən 20 milyon izləyici itirib. Buna baxmayaraq, o, hazırda da 664 milyon izləyici ilə dünyanın ən populyar Instagram hesabı olaraq qalır.
Lionel Messi isə təxminən 10 milyon izləyici itirib. Dünya çempionunun hesabındakı izləyici sayı 515 milyondan 505 milyona düşüb.
Ekspertlər hesab edir ki, bu azalma futbolçuların populyarlığının aşağı düşməsi anlamına gəlmir. Çünki silinən izləyicilərin böyük hissəsi saxta və ya aktiv olmayan hesablardan ibarət olub.
Messi zədələnib?
Haalanddan daha bir uğur
"Kəpəz"də yeni müqavilə
Nəriman yenə oynamadı
PSJ-nin 2 futbolçusu arasında gərginlik yaşanır - Video
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Barselona" müdafiə xəttini onunla gücləndirə bilər
14 ildən sonra Premyer Liqanı tərk etdilər
Azarkeşlərdən Qvardiolaya vida pankartı - Şəkil
"Arsenal"ın futbolçusu yenidən yaşıl meydanlarda
Türkiyə millisinin futbolçusu zədələndi
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazandı
"Şamaxı"nın legioneri milliyə çağrıldı
"Gələcək haqda heç nə deyə bilmərəm" - Jorj Kaşkilya
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Misli Premyer Liqasında mövsümə yekun vuruldu
"Ayaks" Konfrans Liqasına vəsiqəni təmin etdi
Dünya çempionatı öncəsi yoldaşlıq oyunlarını buraxa bilər
"Aşağı liqaya düşmək problem deyil"
Azərbaycan çempionatında 21 ildən sonra 500 qol