Məşhur futbolçu sərxoş olub barda yatıb qaldı

Məşhur futbolçu sərxoş olub barda yatıb qaldı
XƏBƏR 27 Aprel 2026 / 11:47 1332
-  A +

Hazırda icarə əsasında "Everton"da çıxış edən "Mançester Siti"nin cinah oyunçusu Cek Qriliş barda yuxuya getməsi ilə dündəmə gəlib.

QOL.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilib ki, o, Mançesterdəki bir barda dostları ilə istirahət edib və daha sonra həmin məkanda yatıb. Şahidlərdən biri dostlarının onu oyatmağa çalışdığını və vəziyyətinin səbəbinin spirtli içki olduğunu qeyd ediblər.

Xatırladaq ki, Qriliş uzun müddətdir ki, əyləncə həvəskarı kimi tanınır. O, əvvəllər bahalı əyləncələr təşkil edib və meydandan kənar həyat tərzi ilə bağlı tez-tez tabloidlərin gündəmində olub.

Qeyd edək ki, əməliyyatdan sonra sağalan Qrilişin mövsümün qalan hissəsini buraxması ehtimalı var və o, DÇ-2026 üçün İngiltərə heyətinə daxil edilməyəcək.

Daha çox


Son xəbərlər
topaz banner